AMEA Rəyasət Heyətində “ElmTV İnternet televiziyası” şöbəsi yaradılıb Mart 03, 2016 | 12:00 / Mühüm hadisələr

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin tərkibində “ElmTV İnternet televiziyası” şöbəsi yaradılıb. Bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.

“ElmTV İnternet televiziyası” şöbəsinin fəaliyyətinə texnoloji dəstək verilməsini təmin etmək AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevə tapşırılıb. Yeni şöbənin müdiri vəzifəsinə isə Xatirə Cabbarzadə təyin edilib.

Qeyd edək ki, ElmTV İnternet televiziyası İnformasiya Texnologiyaları İnstitutu tərəfindən formalaşdırılmışdır. Hazırda akademiyanın ictimai informasiya siyasəti mərkəzləşmiş qaydada AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən həyata keçirilir. Akademiyada informasiya siyasəti üzrə işin daha çevik həyata keçirilməsini, həmçinin vahid rəhbərlik tərəfindən uğurlu koordinasiya edilməsini təmin etmək məqsədilə ElmTV-nin də İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin tərkibində fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilmişdir.

İşgüzar komandaya, müvafiq avadanlıqlara və müasir standartlara uyğun iş təcrübəsinə malik ElmTV İnternet televiziyası artıq bir neçə ildir ki, AMEA-nın müxtəlif qurumları tərəfindən keçirilən mühüm elmi tədbirlər haqqında videomaterialların hazırlanması, birbaşa yayımının həyata keçirilməsi, həmçinin dünya elminin nailiyyətləri ilə bağlı videoçarxların çəkilişi sahəsində uğurla fəaliyyət göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı