Big Data problemlərinə həsr olunmuş konfrans başa çatdı Fevral 25, 2016 | 06:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Big Data: imkanları, multidissiplinar problemləri və perspektivləri” mövzusunda I Respublika elmi-praktiki konfransının bağlanış mərasimi keçirildi. Tədbirin “Big Data Analitika”, Big Data və İnformasiya Təhlükəsizliyi” və “Big Data Tətbiqləri” adlı seksiya iclaslarının sədrləri – AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova çıxış edərək konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə mövcud problemlərin həlli üçün yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

R.Əliquliyev seksiya iclaslarında təqdim olunmuş məruzələri yüksək qiymətləndirərək Big Data-nın konsepsiyası, analizi, saxlanılması, fərdi məlumatların təhlükəsizliyi, insan resurslarının idarə olunması məsələlərinin həllində tətbiqi, elektron dövlət, proqram mühəndisliyi və s. sahələrdə problemlərin həlli ilə bağlı aparılan elmi-tədqiqatlarda mühüm innovativ nəticələrin əldə olunduğunu bildirdi. Akademik bugünkü konfransın Big Data-nın elmi-praktiki problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı