“Elektron elm: müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri” adlı ekspres-informasiya işıq üzü görüb Oktyabr 26, 2015 | 12:23 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron elm: müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri” adlı ekspres-informasiya işıq üzü görüb. Yeni nəşrin müəllifləri AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdirləri - texnika elmləri doktoru Ramiz AlıquliyevTəhmasib   Fətəliyevdir. Elmi redaktoru texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevdir.

Ekspres-informasiya Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant layihəsi çərçivəsində aparılan araşdırmaların nəticələri əsasında hazırlanıb.

İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş kitabçada e-elmin mahiyyəti, məqsəd və vəzifələri izah olunub, e-elm sahəsində beynəlxalq təcrübə və çağırışlar, elmi-nəzəri və praktiki problemlər təhlil edilib. E-elmin konseptual məsələlərinə baxılıb və onun respublika üçün müasir vəziyyəti və perspektiv istiqamətləri araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı