İnstitutun əməkdaşlarının elmi nəticələri beynəlxalq akademik nəşriyyatda dərc olunub Aprel 16, 2015 | 12:47 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev və şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifovun elektron dövlət sahəsində apardıqları elmi araşdırmaların nəticələri “E-Government Formation Challenges and Solution Perspectives” (Elektron dövlətin formalaşması problemləri və həll perspektivləri) adı ilə “E-Systems for the 21st Century: Concept, Developments, and Applications” (XXI əsr üçün elektron sistemlər: konsepsiya, işləmələr və tətbiqlər) adlı iki cildlik kitaba daxil edilib.

Fəsil “E‐Commerce, E‐Decision, E‐Government, E‐Health, and Social Networks” (E-ticarət, e-qərarlar, e-dövlət, e-səhiyyə və sosial şəbəkələr) adlı birinci cilddə yer alıb.

Kitabda Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstriya, İspaniya, Belçika, Niderland, Birləşmiş Krallıq, İran və s. kimi 24 ölkədən olan tədqiqatçıların elektron sistemlər sahəsində apardıqları tədqiqatların nəticələri nəşr olunub. ABŞ-ın “Apple Academic Press” akademik nəşriyyatında “CRC press”, “Taylor and Francis group”un dəstəyilə nəşr olunmuş kitabda həyat fəaliyyətinin bütün sahələrində, o cümlədən, biznes, ticarət, təhsil, səhiyyə, dövlət, hüquq, demokratik təsisatlar və müxtəlif xidmət sahələrində e-sistemlərdən istifadə haqqında materiallar öz əksini tapıb.

İki cilddən ibarət toplu universitetlərdə e-sistemlər sahəsində çalışan tədqiqatçılar, doktorantlar, tələbələr, eləcə də sənaye sahələrinin elmi-tədqiqat müəssisələrinin mütəxəssisləri üçün faydalı vəsait ola bilər.

E-Systems for the 21st Century: Concept, Developments, and Applications, (Set of 2 volumes)

Contents:
Volume 1: E-Commerce, E-Decision, E-Government, E-Health, and Social Networks
Preface

5. E-Government Formation Challenges and Solution Perspectives
Rasim Alguliyev and Farhad Yusifov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı