AMEA İnformasiya Texnologiyaları İnstitutunun maddi-texniki bazası gücləndirilir Aprel 06, 2015 | 12:14 / Mühüm hadisələr

Məlumdur ki, ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin İKT-nin inkişafı və tətbiqinin geniş miqyas almasına yüksək səviyyədə diqqət və qayğısı nəticəsində bu sahədə əhəmiyyətli inkişaf meylləri müşahidə olunur. 

Son zamanlar AMEA rəhbərliyi tərəfindən elmi müəssisələrin maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurulması, onların ən yeni texniki avadanlıqlarla təchiz olunmasına mütəmadi olaraq dəstək verilir. İnformasiya Texnologiyaları İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin yenidən qurulması da bu istiqamətdə həyata keçirilən tədbirlər sırasındadır.

Aprelin 2-də AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun yeni təmir olunmuş Elmi Araşdırmalar Mərkəzində fəaliyyət göstərəcək şöbələrin rəhbərləri ilə birlikdə mərkəzin açılışına hazırlıq prosesi ilə tanış oldu.

Yüksək texnologiyalar və müasir avadanlıqlarla təchiz olunmuş institutun əsas elmi-tədqiqat müəssisələrindən biri olduğunu qeyd edən alim burada əməkdaşların yaradıcılıq fəaliyyətinin yüksək səviyyədə təşkili üçün hər cür şəraitin yaradıldığını qeyd etdi. Bildirdi ki, mərkəz əməkdaşların fəaliyyətinin daha səmərəli təşkilinə və məhsuldarlığının artırılmasına xidmət edəcək.

Alim bu işə məsul olan əməkdaşlara işlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi.

Sonda akademik R.Əliquliyev mərkəzdə fəaliyyət göstərəcək şöbə rəhbərlərinə elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı