İnstitut əməkdaşlarının məqaləsi “SCOPUS” bazasında indeksləşən jurnalda nəşr olunub Aprel 01, 2015 | 12:51 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının “A Model of Computational Resources Distribution Among Data Center Users” (Verilənlərin emal mərkəzlərində istifadəçilərə hesablama resurslarının  paylanması  modeli) adlı məqaləsi “SCOPUS” bazasında indeksləşən (H-İndeks-17) “International Journal of Advancements in Computing Technology”-də  (IJACT) dərc olunmuşdur.

Məqalədə Data Mərkəzdə istifadəçilərə hesablama resurslarının ayrılması və ya yeni istifadəçinin qoşulması şərti müəyyənləşdirilmişdir. Bu zaman Data Mərkəzdə həll edilən məsələlər eynigüclü qəbul edilmiş və bir məsələnin həlli üçün ayrıla bilən paralel prosessorların sayından asılı olaraq məsələnin həllinə sərf edilən zamanın dəyişməsi modeli qurulmuşdur. Məsələlərin həllinə sərf edilən zamanla paralel prosessorların sayı arasındakı əlaqə hiperbolik funksiya kimi təyin edilmişdir. Yekun olaraq Data Mərkəzdə yeni istifadəçiyə hesablama gücünün ayrılması şərti müəyyən edilmişdir.

International Journal of Advancements in Computing Technology - IJACT

Volume 7, Number 2, March 31 2015, p. 1-6.

A Model of Computational Resources Distribution Among Data Center Users

Rashid AlakbarovFahrad PashayevMammad Hashimov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı