AMEA İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya şurasının tərkibi təsdiq edilib Fevral 19, 2015 | 02:58 / Mühüm hadisələr

AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının 6 fevral 2015-ci il tarixli əmri ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.01.231 Dissertasiya şurasının tərkibi təsdiq edilmişdir.

Dissertasiya şurası 17 nəfərdən ibarət tərkibdə təsdiq edilmişdir. Dissertasiya şurasının sədri AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, sədr müavini texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyev, elmi katibi isə texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyevdir.

Dissertasiya şurasına 1203.01 - “Kompüter elmləri”, 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, 3339.01 - “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisasları üzrə dissertasiyaların müdafiəsinin keçirilməsi səlahiyyəti verilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı