Təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq standartlara uyğunlaşdırılması modeli işləniləcək Yanvar 26, 2015 | 03:18 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin 2015-ci il  üçün fəaliyyət planı müzakirə olunub. Planı təqdim edən texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev informasiya cəmiyyəti və informasiya texnologiyalarının şöbənin elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətlərindən olduğunu qeyd edərək “Elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi” mövzusu üzrə elektron təhsil mühitinin mahiyyəti və formalaşdırılması problemləri, elektron təhsil mühitinin bulud texnologiyası və Big Data problemi və s. ilə bağlı araşdırmaların aparılacağını söyləyib.

Bildirib ki, “Təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq standartlara uyğunlaşdırılması modelinin işlənməsi” mövzusunda İKT ixtisasları üzrə tədris proqramlarının müqayisəli analizi üçün riyazi təminatın tətbiqi işlərinin aparılması, ali təhsil müəssisələri üçün İKT ixtisasları üzrə təhsil standartlarının beynəlxalq standartlara uyğunlaşdırılma prosesində proqram təminatının tətbiqi nəzərdə tutulur.

Şöbənin elmi-innovasiya fəaliyyəti haqqında danışan məruzəçinin sözlərinə görə, cari ildə Naxçıvan və Gəncədə doktorant və dissertantlara İnformatika fənni üzrə distant tədrisdə şöbə əməkdaşlarının iştirakı, yeni qrant layihələrin müsabiqələrə təqdim olunması planlaşdırılır.

“Bu il respublika və beynəlxalq səviyyəli konfranslara 5 tezisin təqdim edilməsi, tanınmış elmi jurnallarda 5 məqalənin dərci nəzərdə tutulur” – deyə bildirən F.Ağayev qeyd edib ki, təhsilin informasiyalaşdırılması və elektron təhsil mühitinin yaradılması mövzularının KİV-də işıqlandırılması da şöbənin fəaliyyət planında öz əksini tapmışdır.

Məruzəçi şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açaraq hesabat ili ərzində Rusiya Elmlər Akademiyasının İnformatika Problemləri İnstitutu, Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Təhsilin İnformasiyalaşdırılması İnstitutu, Ufa Dövlət Aviasiya Texniki Universiteti, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyalarının Tətbiqi İnstitutu ilə əlaqələrin yaradılacağını diqqətə çatdırıb.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı