İnstitutun 12 saylı şöbəsinin 2015-ci il üçün fəaliyyət planı müzakirə olunub Yanvar 23, 2015 | 05:07 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin 2015-ci il üçün fəaliyyət planı müzakirə olunub. Cari ildə görüləcək işlər haqqında məlumat verən şöbə müdiri Mədinə Səidova bildirib ki, e-elmin formalaşması istiqamətində bibliometrik üsulların e-kitabxana mühitində tətbiqi imkanlarının araşdırılması və elmi fəaliyyətin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi nəzərdə tutulur.

Müzakirə zamanı e-dövlətin formalaşması istiqaməti üzrə müasir elektron kitabxana şəbəkəsinin yaradılması metodları və e-kitabxanaların intellektual menecmentinin səmərəliyinin artırılması üçün konseptual modellərin işlənilməsi tövsiyə olunub.

İnstitutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova hesabat ili ərzində bibliometriyanın müasir vəziyyəti, problemləri və perspektivləri, neyro-fazi şəbəkələrin tətbiqi ilə bibliometrik sənədlərin elmi istiqamətlər üzrə təsnifatı məsələləri və intellektual analiz texnologiyalarının tətbiqi ilə bibliometrik xəritələrin araşdırılacağını diqqətə çatdırıb.

M.Səidovanın sözlərinə görə, elmi-innovasiya istiqaməti üzrə Azərbaycanda elmin cari vəziyyəti haqqında hesabatların hazırlanması, elmi-texniki informasiyanın komplektləşdirilməsi və sistemləşdirilməsi, İT üzrə elmi-praktiki tədbirlər haqqında informasiya axtarışı və yayılması, institut əməkdaşlarının elmi əsərlərinin “Vikipediya”da yerləşdirilməsi ilə əlaqədar işlərin həyata keçirilməsi nəzərdə tutulur.

O, Elektron Kitabxana Mərkəzində “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi məsələlərinin vacibliyini də vurğulayıb.

Məruzəçi şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli konfranslarda iştirakı və AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı görüləcək işlərdən söz açıb.

O, institut əməkdaşları üçün ACM, IEEE kimi rəqəmsal kitabxanalar, EBSCO, EİFL və s. kimi informasiya bazalarından istifadə imkanlarının yaradılması ilə beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdiriləcəyini qeyd edib.

Sonda şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələr səsləndirilib. Fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı