3D texnologiyaların imkanları ilə bağlı araşdırmalar aparılacaq Yanvar 15, 2015 | 02:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsinin müdiri Anar Səmidov şöbənin fəaliyyət planını təqdim edib. O, elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, tanınmış elmi jurnallarda məqalələrin çapı, müxtəlif təyinatlı nəşrlərin dizaynı, hazırlanması və digər görüləcək işlər haqqında məlumat verib.

3D texnologiyaların imkanları, texnoloji aspektləri və perspektivlərinin tədqiq olunduğunu bildirən A.Səmidov bu istiqamətdə araşdırmaların cari ildə də davam etdiriləcəyini vurğulayıb. Məruzəçi İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi üzrə elmi araşdırmaların aparıldığını diqqətə çatdırıb.

A.Səmidov, həmçinin elmi-innovasiya işləri çərçivəsində həyata keçiriləcək işlərdən bəhs edib. Onun sözlərinə görə, aparılan elmi-tədqiqat və innovasiya işlərinin КİV-də təbliği və bu istiqamətdə məqalələrin nəşri, şöbədaxili seminarların keçirilməsi, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, o cümlədən İKT üzrə gənc kadrların işə cəlb edilməsi ilə bağlı mühüm tədbirlərin görülməsi cari ildə yerinə yetirilməsi planlaşdırılan işlərdəndir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı