Eynəklərdən istifadəni tələb etməyən 3D-ekran hazırlanıb Yanvar 05, 2015 | 03:00 / Texnoloji yeniliklər

Yapon korporasiyası “Toshiba” izləmək üçün xüsusi eynəklər tələb olunmayan, böyük ölçülü şəkilləri əks etdirən yüksək dəqiqlikli ekranın hazırlandığını elan edib. Yeni məhsulun cari ayda ictimaiyyətə təqdim olunması planlaşdırılır.

hitech.newsru.com saytı bildirir ki, innovativ maye kristal paneli dəyişən sınma göstəricisi olan (GRadient-INdex, GRIN) linzalarda quraşdırılıb. Cari prototip 15 düymlük diaqonal və 3840×2160 piksel həlletmə qabiliyyətinə (Ultra HD, 4K) malikdir.

Ekran ikiölçülü (4K formatında) və stereoskopik (HD) rejimlər arasında 3D-yə keçid zamanı ekran parlaqlığının və 2D təsvirin keyfiyyətinin kəskin azalması olmadan qoşulmağa imkan verir.

İstehsalçı iddia edir ki, GRIN-in bazası əsasında olan 15 düymlük 4K-ekran Toshiba tərəfindən hazırlanmış əvvəlki analoqu ilə müqayisədə stereoskopik şəkillərə imkan verən 5 qat üstünlüyə malikdir.

Yeni LCD-panellər mobil qurğular, tibbi və sənaye məhsulları kimi müxtəlif tətbiq sahələrində istifadə oluna bilər.

“Toshiba” GRIN-ekranları yanvarın 6-dan 9-dək Las-Veqasda keçiriləcək “Consumer Electronics Show 2015” sərgisində təqdim etməyə hazırlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı