155
E-dövlətin təkmilləşdirilməsi üçün modellər və metodlar işlənilir İyul 25, 2024 | 11:27 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması, eləcə də sosial informatika və informasiya texnologiyaları problemləri üzrə elmi tədqiqatlar aparan şöbənin 2024-cü il üzrə yarımillik hesabatı müzakirə olunub.

Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov rəhbərlik etdiyi struktur bölmədə cari ildə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. ilə bağlı həyata keçirilmiş tədbirlər haqqında məlumat verib.

F.Yusifov rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi elmi istiqaməti üzrə “E-dövlətin təkmilləşdirilməsi üçün modellər və metodlar” mövzusunda aparılan tədqiqatlardan bəhs edib.  Qeyd edib ki, mövzu çərçivəsində rəqəmsal dövlətin inkişaf trendləri analiz olunmuş və vətəndaşyönümlü yanaşma əsasında yeni dövlət modeli və e-demoqrafiya sistemində toplanan məlumatlar əsasında əhalinin yerdəyişməsinin analizi üçün model işlənmişdir, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qrant layihəsi çərçivəsində tədqiqatlar aparılmışdır.

Şöbə müdiri “Dördüncü Sənaye İnqilabının sosial-iqtisadi trendlərinin araşdırılması” mövzusu üzrə tədqiqatların davam etdirildiyini və aparılmış araşdırmaların nəticələrinin nüfuzlu jurnallara təqdim olunduğunu bildirib. Məruzəçinin sözlərinə görə, bu istiqamətdə Azərbaycanda kiberfiziki sistemlər əsasında rəqəmsal iqtisadiyyatın formalaşmasının elmi-nəzəri problemləri, e-dövlət mühitində toplanan məlumatların monetizasiyası məsələləri və kiberdayanıqlıq iqtisadiyyatının xüsusiyyətləri və perspektivləri təhlil olunmuşdur.

O, hesabat dövründə şöbədə “E-demoqrafiya 4.0 mühitində fərdlərin sosial kreditinin qiymətləndirilməsi və menecmenti üçün intellektual metodlar və alqoritmlərin işlənməsi”, “Elektron dövlət xidmətlərinin intellektual analizi üçün metod və alqoritmlərin işlənməsi”, “İnformasiya cəmiyyəti problemləri kontekstində folklorun elmi-nəzəri əsaslarının araşdırılması”, “Azərbaycanda informatikanın tarixi”, o cümldən “E-demoqrafiya platformasında fərdlərin çoxparametrli klasterləşdirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” və “Rəqəmsal iqtisadiyyatın ekosisteminin formalaşdırılması strategiyalarının analizi” mövzuları üzrə elmi-tədqiqatların yerinə yetirildiyini də qeyd edib. Məruzəçi Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri üzrə “Virtual məkanda dil problemlərinin araşdırılması və müvafiq təkliflərin işlənməsi” mövzusunda aparılmış tədqiqatlar barədə məlumatı da diqqətə çatdırıb.

F.Yusifov cari il ərzində “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi jurnallarda nəşr olunan məqalələr, o cümlədən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunan tezislər haqqında məlumat verib.

Şöbə rəhbəri, həmçinin əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş işlərdən bəhs edib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev struktur bölmənin yarımillik hesabatına dair fikirlərini bölüşüb. rəqəmsal  dövlətin formalaşması və intellektuallaşdırılması problemlərinin dərindən araşdırılmasının vacibliyini vurğulayıb. Alim şöbədə çoxsaylı aktual elmi problemlərin həlli istiqamətində araşdırmalar aparan gənc tədqiqatçıların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinə dair tövsiyələr verib.

Elmi şuranın qərarı ilə şöbənin 2024-cü il üzrə yarımillik hesabatı qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı