68
İnformasiya Texnologiyaları İnstitutunun bir qrup doktorant və dissertantının attestasiyası keçirilib İyul 17, 2024 | 10:40 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının bu elmi qurumun doktorant və dissertantlarının attestasiyasına həsr olunmuş iclasları keçirilib.

İclaslarda fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə təhsil alan hər bir doktorant və dissertant elmi-tədqiqat işi çərçivəsində yarımillik dövr ərzində yerinə yetirdiyi işlər haqqında hesabat xarakterli məlumatları təqdim ediblər. İclaslarda hər bir elmi-tədqiqat mövzusuna dair geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb, müvafiq dissertasiya işləri üzrə təyin edilmiş elmi rəhbərlər çıxış edərək, gənc tədqiqatçılara tövsiyələr veriblər.

Elmi şuranın iclaslarında çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunda dünyanın çağırışlarına və dövlətin maraqlarına cavab verən tədqiqatların aparıldığını, tədqiqatçıların elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, gənclərlə məqsədyönlü işin aparılması və onların elmi fəaliyyətə cəlb edilməsi istiqamətində işlərin görüldüyünü, eləcə də fəlsəfə və elmlər doktorlarının hazırlanması üzrə ardıcıl tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb.

Alim hər bir tədqiqatçının elmi fəaliyyətinin qiymətləndirilməsinin onların elmi fəaliyyətini koordinasiya etmək, gənclərə dəstək göstərmək və aparılan tədqiqatların keyfiyyətini artırmaq baxımından vacibliyini vurğulayıb. Akademik hər bir şöbə rəhbərini bu vəzifələrin icrasında fəal iştirak etməyə səsləyib. R.Əliquliyev qeyd edib ki, institutun alim və mütəxəssisləri də bu proseslərə töhfələr verməli, biliklərini bölüşdürməli, institutun elmi potensialının gücləndirilməsi istiqamətində səylərini birləşdirməlidirlər.

İnstitutda şöbədaxili və şöbələrarası intellektual müzakirələrin təşkilinin, müxtəlif problemlərə həsr olunmuş elmi seminarların keyfiyyətinin artırılmasının önəmindən bəhs edən baş direktor hər bir tədqiqatçıya elmi fəaliyyətlərini stimullaşdırmağı və rəqabətədavamlı tədqiqatlarla məşğul olmağı tövsiyə edib.

İclaslarda həmçinin elmi fəaliyyətləri qənaətbəxş hesab edilməyən bir neçə tədqiqatçının doktorantura və dissertanturadan xaric olunmasına dair qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı