349
Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə tədqiqatlar davam etdirilir İyul 11, 2024 | 09:38 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə “Elektron dövlət 4.0 platformasında inzibati idarəetmənin iyerarxik sisteminin səmərəliliyinin artırılması üçün intellektual metod və alqoritmlərin işlənməsi” mövzusunda tədqiqatlar davam etdirilir. Bu məqsədlə OLAP texnologiyalarının intellektuallaşdırılması problemlərinin tədqiqi, neyron şəbəkələrin istifadəsilə OLAP-texnologiyanın intellektual imkanlarının genişləndirilməsi, elektron dövlət platformasında paylanmış smart OLAP sisteminin arxitektur-texnoloji modelinin işlənməsi istiqamətində araşdırmalar aparılır.

Bu barədə institutun Elmi şurasının növbəti iclasında şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova rəhbərlik etdiyi şöbənin 2024-cü il üzrə yarımillik hesabatını təqdim edərkən məlumat verib.

Məruzəçi şöbədə Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri üzrə “Milli terminoloji informasiya sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində görülən işlərin davam etdirildiyini,  məqalə və tezislərin hazırlandığını diqqətə çatdırıb.

Sonra şöbə müdiri intellektual transliterasiya interfeyslərinin işlənilməsi ilə bağlı dissertasiya işi çərçivəsində aparılan tədqiqatlardan bəhs edib. Bildirib ki, “İntellektual transliterasiya interfeyslərinin işlənilməsi” mövzusunda dissertasiya işi çərçivəsində aparılan araşdırmalar davam etdirilir.

O, şöbədə informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri çərçivəsində “Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi” mövzusunda tədqiqatların aparıldığını, məqalə və tezislərin hazırlandığını da bildirib.

G.Nəbibəyova 6 ay ərzində respublika səviyyəli, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan jurnallarda məqalələrin çapı ilə bağlı məlumatları təqdim edib. Həmçinin şöbə əməkdaşlarının beynəlxalq və respublika səviyyəli elmi-texniki konfranslarda məruzələrlə çıxış etdiklərini söyləyib.

Daha sonra məruzəçi şöbənin elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlər haqqında da məlumat verib.

Şöbənin yarımillik hesabatına dair fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib. Alim aparılan tədqiqat işlərinin daha da təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı