608
Tədris-İnnovasiya Mərkəzinin yarımillik fəaliyyəti ilə bağlı hesabat dinlənilib İyul 02, 2024 | 11:58 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 2024-cü il üzrə 6 aylıq hesabat iclaslarına başlanılıb.

İnstitutun Elmi şurasının iclasında Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2024-cü ilin birinci yarısı üzrə hesabatı müzakirə olunub.

Hesabatı Mərkəzin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova təqdim edərək 6 ay ərzində elmi-tədqiqat fəaliyyəti çərçivəsində görülmüş tədbirlər haqqında məlumat verib.  

Məruzəçi müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri üzrə “IV sənaye inqilabı platformasında informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi problemləri” mövzusunda  aparılan tədqiqatlar, hazırlanmış məqalə və tezislər haqqında məlumat vermişdir.

R.Mahmudova rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması  və inkişaf etdirilməsi istiqamətində görülən işələr haqqında məlumat verib. Bu istiqamətdə Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri üzrə “Jest informatikası: istiqamətləri, hədəfləri, texnologiyaları” mövzusunda tədqiqatların aparıldığını, əldə olunan nəticələrin nüfuzlu jurnallarda nəşr olunduğunu deyib.

O, bildirib ki, “Elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda analitik icmal hazırlanmış, təklif və tövsiyələr işlənilmişdir.

TİM-in rəhbəri rəqəmsal  dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə Azərbaycan Respublikasında «Elmi kadrlar» informasiya sisteminin yaradılması və intellektual analizi üçün metodların işlənməsi mövzusunda aparılan tədqiqatlar və əldə olunan nəticələrdən də bəhs edib.

Məruzəçi elmi-pedaqoji fəaliyyət və kadr hazırlığı çərçivəsində görülən işlər barədə məlumat verərək, mərkəzdə müqavilə əsasında Bakı Biznes Universitetinin tələbələrinə “Veb sistemləri və texnologiyaları” və “Python proqramlaşdırma dili” fənnlərinin tədris olunduğunu qeyd edib. Eyni zamanda yarım il ərzində müxtəlif kompüter proqramları üzrə kursların təşkili və biliklərin sertifikatlaşdırılması ilə bağlı görülmüş işlər haqqında hesabat verib.

Sonra R.Mahmudova şöbə əməkdaşlarının konfranslar, seminarlar və simpoziumlarda iştirakı ilə bağlı məlumat verib. Həmçinin yarımillik dövr ərzində nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda məqalələrin nəşri, elmi-ekspertiza, elmi-təşkilati fəaliyyət görülən işləri diqqətə çatdırıb.

Hesabata dair müzakirələr aparılıb, suallar cavablandırılıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev TİM-in 6 aylıq fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb, təklif və tövsiyələrini səsləndirib. Akademik R.Əliquliyev əməkdaşların elmi fəaliyyətinin daha da gücləndirilməsinə, yeni məqalələrin hazırlanmasına dair tapşırıqlar verib.

Elmi Şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı