125
Mətnlərdə kibertəhlükələrin aşkarlanması ilə bağlı tədqiqatlar aparılır İyun 25, 2024 | 11:00 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda “Mətnlərdə kibertəhlükələrin aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda məruzə dinlənilib.

İnstitutun doktorantı Vüsal Şahbazov məruzəni təqdim edərək mətnlərdə rast gəlinə bilən fişinq, spam və dezinformasiya kimi kibertəhlükələr haqqında məlumat verib.  Bildirib ki, fişinq aldadıcı e-poçt və ya mesajlar vasitəsilə istifadəçilərin həssas məlumatlarını ələ keçirmək üçün istifadə olunur. Spam internet vasitəsilə kütləvi olaraq yayılan, arzuolunmaz reklam və ya digər məzmunlu məlumatdır. Dezinformasiya isə ictimai rəyə təsir etmək, müəyyən qurumlara inamı sarsıtmaq, insanları manipulasiya etmək, xaos yaratmaq məqsədilə qəsdən yalan məlumatların yaradılması və yayılmasıdır.

Məruzəçi mövzunun aktuallığından bəhs edərək son zamanlar Azərbaycanın informasiya məkanına, o cümlədən dövlət, özəl və qeyri-hökumət qurumlarının, fiziki şəxslərin sahib olduğu informasiya ehtiyatlarına texnoloji cəhətdən çoxşaxəli hücumların vüsət aldığını deyib. Bildirib ki, ölkənin informasiya məkanının təhdidlərdən qorunması, informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə AR Prezidenti İlham Əliyev 2023-cü il avqust 28-də “2023-2027-ci illər üçün Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır.

Tədqiqatçı mətnlərdə kibertəhlüklərin aşkarlanması üçün süni intellekt yönümlü həllərdən istifadənin effektiv olduğunu deyib, eyni zamanda mətn emalı üçün geniş istifadə olunan süni intellekt modelləri, onların müsbət və mənfi cəhətləri barədə danışıb.

Məruzəçi çıxışının sonunda dünyada müvafiq sahədə keçirilən beynəlxalq konfranslar, nəşr olunan elmi jurnallar, tədqiqat qrupları və veb-saytlar barədə məlumat verib.

Sonra məruzə ətrafında müzakirələr aparılıb, V.Şahbazov seminar iştirakçılarının suallarını cavablandırıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək mətnlərdə kibertəhlükələrin aşkarlanması sahəsində problemlərin daha dərindən araşdırılması, beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb. Akademik vulqar bazalar, onların formalaşdırılması, şəbəkəsinin yaradılması və mətnlər kontekstində kibertəhlükələrlə mübarizə yolları ilə bağlı tədqiqatların dərinləşdirilməsi və məqalənin hazırlanmasını tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı