250
Akademik Rasim Əliquliyev: “Rəqəmsal və yaşıl transformasiyalar cəmiyyətimizdə yüksəkixtisaslı mühəndislərin hazırlanmasını tələb edir” İyun 28, 2024 | 09:53 / Müsahibələr, çıxışlar

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən “Məzun Günü”ndə çıxış edib.

Alim əvvəlcə AMEA-nın rəhbərliyi və İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından bütün məzunları, o cümlədən universitetin rəhbərliyini, professor və müəllim heyətini salamlayıb. Tədbirin əhəmiyyətini önə çəkən akademik R.Əliquliyev 45 il öncə AzTU-dan məzun olduğunu, 80-90-cı illərdə isə bu ali məktəbdə müəllim kimi fəaliyyət göstərdiyini söyləyib.

Müasir dövrdə rəqəmsal və yaşıl transformasiyalar, eləcə də süni intellektin yaratdığı reallıqlar kontekstində mühəndislik peşəsinin böyük aktuallıq kəsb etdiyini vurğulayan alim bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasının əhəmiyyətini önə çəkib. Bildirib ki, dünyanın aparıcı ali məktəbləri, təhsil qurumları ilə əməkdaşlıq əsasında xarici təcrübənin öyrənilməsi və mühəndislik sahəsində tədrisin məzmununun yenilənməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi olduqca zəruridir.

Son zamanlar AzTU-da dünyanın qlobal çağırışlarına adekvat insan resurslarının yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirən akademik R.Əliquliyev bu ali məktəbin İnformasiya Texnologiyaları İnstitutu, eləcə də İdarəetmə Sistemləri İnstitutu ilə  tədrisin keyfiyyətinin yaxşılaşdırılması və kadr hazırlığı istiqamətində əməkdaşlıq etdiyini də xatırladıb: “Yeni reallıqların yarandığı əmək bazarında daha rəqabətədavamlı olmaq, cəmiyyətimizdə müasir biliklərə yiyələnmiş mühəndislərə olan tələbatı ödəmək məqsədilə tədqiqat qurumlarının qabaqcıl təcrübəsindən, elmi potensialı və imkanlarından səmərəli istifadə edilməlidir”.

Cari ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP 29-un Azərbaycanda keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirən institut direktoru, bu mötəbər tədbirdən sonra ölkəmizdə müvafiq dövlət qurumları, elmi ictimaiyyət, həmçinin mühəndislərin qarşısında yeni vəzifələrin qoyulacağını bildirib.

AMEA-nın vitse-prezidenti çıxışının sonunda hər bir məzunu ali məktəbi bitirməsi münasibətilə təbrik edib, onlara Azərbaycanın mənəvi dəyərlərini, milli maraqlarını hər şeydən üstün tutan əsl Azərbaycan vətəndaşı, eyni zamanda cəmiyyətə faydalı, keyfiyyətli mütəxəssis kimi yetişməyi arzu edib. Alim məzunlara daim öz üzərində işləməyi, biliklərini artırmağı, qarşıda duran vəzifələrə məsuliyyətlə yanaşmağı, o cümlədən ölkəmizdə təhsil sahəsində yaradılan imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı