461
İT infrastrukturun bulud texnologiyasında tətbiqi haqqında məruzə dinlənilib May 17, 2024 | 01:46 / Konfranslar, iclaslar

İnstitutun növbəti elmi seminarında “İT infrastrukturun bulud texnologiyasında tətbiqi haqqında” məruzə dinlənilib.

Mövzuya dair çıxış edən institutun baş mütəxəssisi Orxan Mənsimzadə öncə “Cisco Meraki” haqqında məlumat verib. Bildirib ki, bu proqram buludla idarə olunan şəbəkə həllidir və  buludun idarə edilməsi üçün sıfırdan qurulmuşdur. “Cisco Meraki” mərkəzləşdirilmiş şəkildə internet üzərindən idarə olunur.

Sonra məruzəçi buludla idarə olunan şəbəkənin üstünlüklərindən bəhs edib. Qeyd edib ki, bu şəbəkə açar ilə quraşdırılma və idarəetmə, inteqrasiya olunan və daim yenilənən funksiyalar, əməliyyat xərclərinə qənaət və s. kimi üstünlüklərə malikdir.

Onun sözlərinə görə, bulud şəbəkə arxitekturasında çoxsaylı məlumat mərkəzləri ilə əlaqə qurulur və buluda qoşulma kəsilsə belə, şəbəkə funksiyaları işləyir: “Bulud şəbəkə arxitekturasında avtomatik proqram təminatı və təhlükəsizlik yeniləmələri baş verir. Şəbəkənin son nöqtələri buludla etibarlı şəkildə birləşdirilir. Həmçinin, buludda yerləşən mərkəzləşdirilmiş idarəetmə platforması və intuitiv brauzer əsaslı idarə paneli mövcuddur”.

Daha sonra O.Mənsimzadə “Cisco Meraki” şəbəkə sxemi və intuitiv brauzer əsaslı idarə paneli haqqında sxemlər əsasında ətraflı məlumat verib. Vurğulayıb ki, cihazlar buluddan avtomatik təmin edilir, heç bir mərhələ tələb olunmur, WAN optimallaşdırılması və veb-keşləmə şəbəkə trafikini sürətləndirir və dublikatları aradan qaldırır. DPI əsaslı barmaq izi ilə tətbiq trafikini məhdudlaşdırır, bloklayır və ya prioritetləşdirir.

Sonda institutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov aparılan tədqiqatlara dair təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı