483
Veb-resurslara qoyulan milli və beynəlxalq informasiya təhlükəsizliyi tələbləri ilə bağlı məruzə dinlənilib May 14, 2024 | 11:00 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda veb-resurslara qoyulan milli və beynəlxalq informasiya təhlükəsizliyi tələbləri ilə bağlı elmi seminar keçirilib.

Mövzuya dair çıxış edən institutun baş mütəxəssisi Aqşin Paşayev əvvəlcə veb-resursların yaradılmasında normativ tələblərdən bəhs edib. Hazırda veb-resursların təhlükəsizliyi və məlumatların mühafizəsinin mühüm məsələlərdən olduğunu vurğulayan tədqiqatçı bildirib ki, veb-resurslara tələblər iki əsas təşkilat tərəfindən müəyyənləşdirilir və dəstəklənir. Bunlar Ümumdünya İnternet Konsorsiumu (World Wide Web Consortium – W3C) və Veb Hipermətn Tətbiqi Texnologiyası İşçi Qrupudur (WHATWG – Web Hypertext Application Technology Working Group).

Onun sözlərinə görə, Ümumdünya İnternet Konsorsiumu 1994-cü ildə Tim Berners-Lee tərəfindən yaradılmışdır. W3C internetin standartlarını müəyyənləşdirən və təbliğ edən əsas təşkilatlardan biri olaraq W3C, HTML, CSS, veb tətbiqləri və digər internet texnologiyaları üçün standartlar təyin edir. “WHATWG isə 1994-cü ildə Brendan Eich, Hakon Wium Lie və Ian Hickson tərəfindən yaradılıb. Veb Hipermətn Tətbiqi Texnologiyası İşçi Qrupu veb hipermətn tətbiqi texnologiyalarının inkişafını tənzimləmək məqsədi ilə yaradılmış qrupdur. HTML və digər veb protokollarının inkişafı üçün əsas standartları müəyyənləşdirir”, - deyə A.Paşayev bildirib.

Sonra məruzəçi Azərbaycanda veb-resursların yaradılmasında normativ tələbləri özündə əks etdirən “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarını diqqətə çatdırıb. Bildirib ki, bu tələblərin yaradılmasında məqsəd dövlət orqanlarına məxsus veb-resursların proqram təminatının, dizaynının, idarə edilməsinin, informasiya təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsinə dair münasibətlərin müəyyən edilməsindən ibarətdir.

A.Paşayev qeyd edib ki, proqramlaşdırma mərhələsində veb kodlaşdırmanın keyfiyyətinə nəzarət vacib məsələlərdən hesab edilir. Veb-standartlara və tövsiyələrə əməl olunması veb-saytların universallıq, əlyetərlik, təhlükəsizlik kriteriyalarına cavab verməsini təmin edir.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. İnstitutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov mövzu ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı