372
İnstitutun baş direktoru və mərkəz rəhbəri GEANT-ın Baş Assambleyasının iclasında iştirak ediblər Aprel 08, 2024 | 03:17 / Konfranslar, iclaslar

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və AzScienceNet Şəbəkə İdarərtmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev GEANT Assosiasiyasının Baş Assambleyasının 32-ci onlayn iclasında iştirak ediblər. Hər il olduğu kimi, bu il də iclasa Avropa, eləcə də, Şərq Tərəfdaşlığı ölkələrinin Tədqiqat və Təhsil şəbəkələrindən olan rəsmi nümayəndələr qatılıblar.  

Tədbirdə GEANT Assosiasiyasının fəaliyyəti ilə bağlı yeniliklər, həyata keçirilən layihələr, o cümlədən GEANT İnnovasiya Proqramı ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

Onlayn iclasda GEANT Assosiasiyasına üzv olan digər ölkələrlə iki və çoxtərəfli əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi də aparılıb. 

Xatırladaq ki, Baş Assambleya GEANT-ın ən yüksək idarəetmə orqanıdır. Üzv təşkilatların nümayəndələri ildə iki dəfə toplaşırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı