“Problems of Information Society” jurnalı nüfuzlu EBSCO elmi bazasına daxil edilib Aprel 08, 2024 | 02:44 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun “Problems of Information Society” elmi-praktiki jurnalı EBSCO elmi bazasına daxil edilib. Jurnalın baş redaktoru AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, məsul redaktoru isə  institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovadır.

EBSCO açıq tədqiqat verilənlər bazası e-jurnal, kitab kolleksiyasının inkişafı və əldə edilməsi sahəsində aparıcı şirkət olmaqla yanaşı, universitetlər, kolleclər və müxtəlif korporasiyalar üçün kitabxana texnologiyası və e-kitabların əsas təchizatçısıdır. 180 ölkənin 40-dan artıq dilində akademik nəşrləri özündə cəmləşdirən şirkət həmçinin tədqiqatları təkmilləşdirmək məqsədilə keyfiyyətli məzmun və texnologiya vasitəsilə dünyanın aparıcı təşkilatları, elmi bazaları ilə əməkdaşlıq edir.

EBSCO kompüter elmləri, informasiya texnologiyaları, riyaziyyat, dilçilik, arxeologiya, incəsənət, coğrafiya, hüquq, sosial elmlər və digər sahələrdə ixtisaslaşmış jurnalları əhatə edir. Bu elmi bazanın Association for Computing Machinery, American Institute of Mathematical Sciences, Cambridge University Press, Harvard University Press, MIT Press, Oxford University Press, SAGE və s. nəşriyyatlara giriş imkanı vardır.

Xatırladaq ki, “Problems of Information Society”  jurnalı  DOAJ, Google Scholar, CrossRef, Directory of Open Access scholarly Resources və digər bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı