525
İnstitutun Həmkarlar Komitəsinin 6 illik hesabatı dinlənildi Aprel 04, 2024 | 03:10 / Konfranslar, iclaslar

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun Həmkarlar Komitəsinin (HK) 2018-2023-cü illər üzrə hesabatı müzakirə olundu. Əvvəlcə iclasın sədri, institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək gündəlikdə duran məsələləri diqqətə çatdırdı, tədbirin Həmkarlar Komitəsi və Təftiş komissiyasının hesabatının təqdim olunması, hər iki qurumun yeni tərkibinin seçilməsi və digər təşkilati məsələlərin müzakirəsinə həsr olunduğunu bildirdi.

Sonra institutun Həmkarlar Komitəsinin sədri Səyyar Abdullayev rəhbərlik etdiyi komitənin 6 illik hesabatını təqdim etdi. S.Abdullayev Həmkarlar Komitəsinin Elm və Təhsil Nazirliyi Azad Həmkarlar İttifaqının (AHİ) nizamnaməsində qoyulan tələblər çərçivəsində fəaliyyət göstərdiyini diqqətə çatdırdı.   Bildirdi ki, əməkdaşların sosial-iqtisadi hüquqlarının qorunması, əmək hüququ və aztəminatlı ailələrin müdafiəsi, mədəni-kütləvi tədbirlərin təşkili və idarə olunması, yubileylərin qeyd olunması, gənclərlə iş və asudə vaxtın səmərəli təşkili və s. HK-nın əsas fəaliyyət istiqamətlərindəndir.

O, həmçinin institutun kadr potensialı, əməkdaşların iş rejimi, hər il istirahət mərkəzlərinə kollektiv səfərlər və institut əməkdaşları üçün müalicə mərkəzlərinə yollayışların təşkili, idman, səhiyyə, mədəniyyət və digər sahələrdə tədbirlər çərçivəsində görülən işlər, həyata keçirilən layihələr haqqında ətraflı məlumat verdi.  

İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev Təftiş komissiyasının (TK) hesabatına dair çıxış etdi. O, institutun Həmkarlar Komitəsinin 2018-2023-cü illər ərzində fəaliyyətinin TK tərəfindən yoxlanılmasının nəticələri haqqında danışdı. Bildirdi ki, hazırda institut əməkdaşlarının ümumi sayı 258 nəfərdən ibarətdir ki, onların da hər biri yerli HK-nın üzvüdür. Yoxlamalar göstərmişdir ki, bütün hallarda HK-nın fəaliyyəti normativ sənədlərin tələblərinə uyğundur. Həmçinin institut rəhbərliyi və Həmkarlar İttifaqı arasında bağlanmış müqavilə və bu müqavilədən irəli gələn öhdəlik və səlahiyyətlərə əməl edilmişdir.

İclasda texnika üzrə fəlsəfə doktorları Rəsmiyyə Mahmudova, İradə ƏləkbərovaMəmməd Həşimov, eləcə də böyük elmi işçi Əfruz Qurbanova  çıxış edərək HK-nın gördüyü işlərə dair fikirlərini bölüşdülər, komitənin sədri Səyyar Abdullayevin fəaliyyətini yüksək qiymətləndirdilər. 6 il ərzində institut əməkdaşlarının müxtəlif problemlərinin həll edilməsi, onların bir araya gətirilərək qurumun ictimai həyatında fəal iştiraka cəlb olunması və digər təşkilati işlərin yüksək səviyyədə, şəffaf şəkildə həyata keçirilməsində S.Abdullayevin əvəzsiz xidmətləri olduğunu söylədilər.

Sonra Həmkarlar Komitəsi və Təftiş komissiyasının yeni tərkibinin müəyyən edilməsi, həmçinin Qurultaya və Məclisə nümayəndələrin seçilməsi üçün səsvermə keçirildi, yeni tərkib yekdilliklə təsdiq olundu. Səsvermənin nəticələrinə görə, S.Abdullayev növbəti 5 il üçün yenidən institutun Həmkarlar Komitəsinin rəhbəri seçildi.

Daha sonra Elm və Təhsil Nazirliyinin Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov çıxış etdi. Bildirdi ki, bu təşkilatın əsas məqsədi əməkdaşların sosial-məişət və digər problemlərinin həllinə yardım etməkdir. H.Qurbanov bu istiqamətdə həyata keçirilən işlər, əldə olunan nəticələrə dair məlumat verdi. O, Həmkarlar İttifaqının öz fəaliyyətini Elm və Təhsil Nazirliyinin nəzdində yenidən qurduğunu, həmkarlar təşkilatlarının qarşısında ciddi vəzifələrin qoyulduğunu söylədi.

Prof. H.Qurbanov Həmkarlar İttifaqının ictimai-siyasi mühitdə baş verən bütün hadisələrə həssaslıqla yanaşdığını, öz vəzifələrini məsuliyyətlə yerinə yetirdiyini və əməkdaşların mövqeyini müdafiə etməyə hər zaman hazır olduğunu bildirdi.

Həmçinin institutun Həmkarlar Komitəsinin öndə gedən həmkarlar ittifaqlarından biri olduğunu qeyd edərək onun fəaliyyətini müsbət qiymətləndirdi və S.Abdullayevə gələcək fəaliyyətində uğurlar arzuladı.

Sonda çıxış edən dosent Rəşid Ələkbərov AHİ-nin əməkdaşların sosial-iqtisadi mənafelərini, əmək hüquqlarını müdafiə etmək, onların sağlamlığı, əmək, istirahət və məişət şəraitlərini yaxşılaşdırmaq istiqamətində mühüm işlər gördüyünü bildirdi.

O, İnformasiya Texnologiyaları İnstitutunun Həmkarlar Komitəsinin 6 il ərzində mühüm bir missiyanı uğurla yerinə yetirdiyini vurğulayaraq onun fəaliyyətinin daha da yaxşılaşdırılması üçün institut əməkdaşlarını birgə səy göstərməyə çağırdı.

R.Ələkbərov, həmçinin institutun rəhbərliyi adından hər kəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etdi, əməkdaşlara möhkəm cansağlığı, işlərində uğurlar arzuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı