2014-cü ilin ən məşhur axtarış sorğuları Dekabr 18, 2014 | 03:24 / Maraqlı məlumatlar

Bu yaxınlarda "Google" şirkəti 2014-cü ildə xidmət istifadəçilərini daha çox maraqlandıran sorğuların statistikasını hazırlayıb. Daha ətraflı məlumat "axtarış nəhəngi"nin rəsmi saytında yerləşdirilib. Siyahıda hər ölkə üçün bir neçə nominasiya nəzərdə tutulub. Məsələn, ABŞ-dan olan istifadəçilər axtarış sətrinə "necə etməli?" başlığı ilə ən çox "Airdrop texnologiyası vasitəsilə faylları necə paylaşmalı?" sualını daxil ediblər. Bütövlükdə isə amerikalıların üstünlük verdiyi sorğular bütün dünya üzrə İnternet istifadəçilərinin marağı ilə üst-üstə düşüb. Statistikanı www.3dnews.ru saytı təqdim edib.

Şirkətin siyahısında birinci yeri 2014-cü il avqustun 11-də intihar etmiş amerikalı aktyor Robin Uilyams tutub. Sonra isə daha çox marağa səbəb olan şəxsiyyət və hadisələr sıralanıb:

1. Robin Uilyams

2. Braziliyada futbol üzrə Dünya Çempionatı - Cənubi Amerika qitəsində keçirilmiş, Almaniya yığmasının qalibi olduğu futbol turniri.

3. Ebola - Qərbi Afrikada epidemiyaya səbəb olan virus. Günümüzədək 7000 insan bu xəstəlik üzündən həyatını itirib.

4. Malayziya aviaxətləri - istifadəçilər cari il martın 8-də "Malayziya Airlines" şirkətinin 227 sərnişin və 12 ekipaj üzvü ilə yoxa çıxmış və hələ də tapılmayan 370 reysinin axtarış prosesini izləyiblər. İlkin məlumata görə, Kuala-Lumpur - Pekin xətti ilə hərəkət edən Boinq 777-200ER markalı təyyarə qəzaya uğrayaraq Hind okeanına düşüb.

5. Ice Bucket Challenge (insanların buzlu su ilə dolu vedrəni başlarına tökdükləri sınaq-fləşmob). Bu aksiyada "Microsoft" şirkətinin direktoru Bill Qeyts, "Facebook" sosial şəbəkəsinin yaradıcısı və rəhbəri Mark Zükerberq, məşhur rejissor Stiven Spilberq və dünya mədəniyyətinin digər görkəmli nümayəndələri, siyasətçiləri, alimləri və s. iştirak ediblər.

6.  Flappy Bird - iOS və Android əməliyyat sistemilə idarə olunan mobil qurğular üçün oyun proqramı.

7. Konçita Vurst - "Avroviziya-2014" musiqi yarışmasının qalibi olan Avstriya təmsilçisi.

8. İŞİD (İraq Şam İslam Dövləti) - Suriya, İraq və digər ölkə ərazilərində yerləşən hərbi qüvvələrin tərkibindəki islam terror qruplaşması.

9. "Soyuq ürək" - "Uolt Disney" kino şirkətinin istehsalı olan, şirkətə kirayəsinə görə rekord sayılacaq məbləğ - 1 mlrd 274 mln dollar qazandırmış və Oskar mükafatının 2 nominasiyasına layiq görülmüş animasiya filmi.

10. Soçi Olimpiya oyunları - 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilmiş 22-ci Qış Olimpiya oyunları.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı