581
AMEA-nın Ümumi yığıncağında İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti yüksək qiymətləndirilib Mart 05, 2024 | 03:56 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev institutun Elmi şurasının iclasında AMEA-nın 29 fevral 2024-cü il tarixli Ümumi yığıncağının qərarlarından irəli gələn vəzifələr haqqında çıxış edərkən belə deyib.

Akademik Rasim Əliquliyev Ümumi yığıncaqda AMEA-nın elmi və ictimai həyatı üçün böyük əhəmiyyət kəsb edən, eyni zamanda ölkə üçün xüsusi önəm daşıyan məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, tədbirdə Azərbaycan elminin mövcud problemləri, qarşıda duran vəzifələr, prioritetlər və perspektivlərə dair məsələlərə toxunulub, mühüm qərarlar qəbul edilib.

Alim tədbirdən öncə elmi nailiyyətlər sərgisinə baxış keçirildiyini diqqətə çatdırıb. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin əhatə etdiyi elmi müəssisələrə aid stendlərdə süni intellektə əsaslanan müxtəlif təyinatlı dronların təqdim olunduğunu, bu qurğuların, xüsusilə işğaldan azad edilmiş bölgələrimizdə bir sıra missiyaların həyata keçirilməsində böyük potensiala malik olduqlarını qeyd edib.

İnformasiya Texnologiyaları İnstitutuna məxsus stenddə təqdim olunan dronun intellektual innovativ layihə olduğunu vurğulayan akademik institutda pilotsuz uçuş aparatları ilə bağlı tədqiqatların aparıldığını, çoxsaylı məqalələrin dərc olunduğunu, kadrların yetişdirildiyini, həmçinin bu istiqamətdə yeni prioritetlərin müəyyənləşdirildiyini də nəzərə çatdırıb.

Baş direktorun sözlərinə görə, elmi nailiyyətlər sərgisində, həmçinin institut əməkdaşlarının Data Mining və Big Data texnologiyaları, informasiya təhlükəsizliyi, bulud texnologiyaları, biometrik texnologiyalar, kompüter şəbəkələri, proqram mühəndisliyi, e-dövlət quruculuğu, e-elm və e-tibb problemləri, informasiya iqtisadiyyatı və s. istiqamətlərdə apardıqları elmi tədqiqatların nəticələrini əks etdirən əsərlər və kitablar, jurnallar və bukletlər, impakt-faktorlu jurnallarda dərc edilmiş elmi məqalələr təqdim olunub.

Akademik R.Əliquliyev AMEA-nın Ümumi yığıncağında institutun fəaliyyətinin yüksək qiymətləndirildiyini, bu uğurun əldə edilməsində hər bir əməkdaşın rolu olduğunu vurğulayıb: “İnstituta verilən yüksək qiymət hər birimizdə məmnunluq hissi yaratmaqla yanaşı, həm də məsuliyyətimizi daha da artırır, yeni nailiyyətlər əldə etmək üçün stimul verir”.

R.Əliquliyev institut əməkdaşlarına süni intellekt texnologiyaları ilə bağlı multidissiplinar tədqiqatları genişləndirməyi, beynəlxalq qrant layihələrində fəal iştirak etməyi, xüsusən də dövlət tapşırıqları çərçivəsində qarşıya qoyulan vəzifələrin icrasına məsuliyyətlə yanaşmağı tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı