846
“Problems of Information Society” jurnalı DOAJ elmi bazasına daxil edilib Mart 07, 2024 | 09:48 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunun “Problems of Information Society” elmi-praktiki jurnalı DOAJ (Directory of Open Access Journals) elmi bazasına daxil edilib. Jurnalın baş redaktoru AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, məsul redaktoru isə  institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovadır.

DOAJ Açıq Giriş üçün İnfrastruktur Xidmətləri (Infrastructure Services for Open Access, IS4OA) tərəfindən idarə olunan müstəqil, qeyri-kommersiya təşkilatıdır. Bu elmi bazanın məqsədi elmi və akademik jurnallara açıq girişi asanlaşdırmaq, onların təsir dairəsini genişləndirmək və  təşviq etməkdir.

DOAJ elmi bazası bütün dünyada kommersiya axtarış sistemlərinə, kitabxana portallarına, axtarış sistemlərinə daxil edilir və OCLC, EBSCO products, Clarivate's Proquest and Ex Libris products, Clarivate's Web of Science, SCOPUS, Google Scholar, Google, Dimensions, CONSER's MARC records kimi bir çox nüfuzlu elmi bazalarla tərəfdaşlıq edir. 

Qeyd edək ki, “Problems of Information Society”  jurnalı Azərbaycanda DOAJ elmi bazasına daxil olan 2 elmi jurnaldan biridir. 2010-cu ildən dövri olaraq nəşr olunan jurnalda informasiya cəmiyyətinin aktual elmi-texniki problemlərinə həsr olunmuş məqalələr çap olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı