924
Vətəndaş elmi layihələrində Industry 4.0 həllərinin tətbiqi ilə bağlı tədqiqatlar aparılacaq Mart 06, 2024 | 09:59 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda “E-elm və e-təhsilin inteqrasiyasının elmi-metodoloji və praktiki problemlərinin tədqiqi” mövzusu üzrə e-elm və e-təhsil mühitində innovativ texnologiyaların tətbiqinin mövcud vəziyyətinin araşdırılması və aktual problemlərin aşkarlanması üçün analitik təhlillər aparılır, eləcə də Industry 4.0 texnologiyaları əsasında innovativ e-elm və e-təhsil mühitinin formalaşması və inkişafı üçün təkliflər işlənililir.

Bu barədə institutun Elmi şurasının iclasında e-elmin formalaşması və elmmetriya problemləri üzrə fəaliyyət göstərən şöbənin 2024-cü il üzrə fəaliyyət planının müzakirəsində məlumat verildi.

Planı şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev təqdim edərək cari ildə rəhbərlik etdiyi struktur bölmədə “Vətəndaş elmi layihələrində Industry 4.0 həllərinin tətbiqi” mövzusu üzrə nəzərdə tutulan işlər haqqında məlumat verdi. R.Alıquliyev bu istiqamətdə vətəndaş elmi verilənlərinin keyfiyyətinin artırılmasında maşın təlimi metodlarının işləniləcəyini, ətraf mühitin və biomüxtəlifliyin qorunmasında vətəndaş elminin rolunun araşdırılacağını qeyd etdi.

Şöbə müdiri həmçinin “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzu üzrə tədqiqatçıların fəaliyyətinin çoxmeyarlı qiymətləndirilməsi üçün metodun işlənilməsinin, elmi jurnalların və tədqiqatçıların qiymətləndirilməsi indekslərinin müasir vəziyyətinin analiz olunmasının, Azərbaycanda elmmetriyanın meydana gəlməsi və inkişaf tarixinin tədqiq olunmasının planlaşdırıldığını vurğuladı.

O, cari il ərzində Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlərdə, o cümlədən respublika və beynəlxalq səviyyəli konfranslarda çapı nəzərdə tutulan məqalə və tezislər haqqında məlumat verdi.

R.Alıquliyev şöbə əməkdaşların elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-təşkilati, elmi-pedaqoji fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlərdən bəhs etdi.

Sonra şöbənin fəaliyyət planına dair müzakirələr aparılıb. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, struktur bölmənin elmi fəaliyyətinin gücləndirilməsi, aktual elmi problemləri əhatə edən tədqiqatların aparılması ilə bağlı tövsiyələrini səsləndirdi.

Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı