635
İnstitutun şöbə müdiri Fəxri Fərmanla təltif edilib Fevral 22, 2024 | 03:12 / Yubileylər

İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclasında institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev informasiya texnologiyaları sahəsində səmərəli elmi-praktiki fəaliyyətinə görə, həmçinin anadan olmasının 75 illik yubileyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif olunub.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev Bikəs Ağayevin yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti, əldə etdiyi nailiyyətləri ilə hər zaman rəhbərliyin və kollektivin diqqət mərkəzində olduğunu söyləyib.

Akademik bildirib ki, respublikamızda ilk dəfə olaraq onun rəhbərliyi ilə jeton identifikasiya sistemlərinin arxitektur-sxemotexnik yaradılma prinsipləri işlənib və tətbiq edilib, müxtəlif tip rabitə kanalları ilə ötürülən səs siqnallarının analiz və emal prinsipləri tədqiq edilib. Bununla yanaşı, audioinformasiyanın çoxkanallı rəqəmsal uçotu və qeydiyyatı vasitələrinin arxitektur-texnoloji yaradılma prinsipləri işlənilib və bu prinsiplər əsasında hazırlanmış qurğular mərkəzləşdirilmiş dispetçerləşdirmə sistemlərində və “Call-center”lərdə operator-kliyent danışıqlarının və ekran fayllarının arxivləşdirilməsi məqsədilə tətbiq edilib.

Alim institutun çoxillik fəaliyyətində böyük xidmətləri olan B.Ağayevə xas olan insanpərvərlik, əməksevərlik və təvazökarlıq kimi nəcib insani keyfiyyətlərin ona böyük hörmət və rəğbət qazandırdığını qeyd edib. Yubilyarı institutun rəhbərliyi, Elmi Şurası və kollektivi adından təbrik edib, ona möhkəm cansağlığı və gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayıb.

Sonra B.Ağayevə anadan olmasının 75 illik yubileyi münasibətilə institutun Fəxri Fərmanı təqdim edilib.

Daha sonra yubilyar çıxış edərək göstərilən diqqətə görə akademik Rasim Əliquliyevə təşəkkür edib, institutda elmi fəaliyyətin hər zaman yüksək qiymətləndirildiyini vurğulayıb. Bu elmi qurumda yaradılmış elmi mühitdə səmimi kollektivlə birlikdə çalışmaqdan son dərəcə məmnun olduğunu qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı