591
Azərbaycan alimlərinin birgə məqaləsi nüfuzlu jurnalda dərc olunub Fevral 19, 2024 | 09:50 / Yeni nəşrlər

Son illərdə kiber-fiziki sistemlər üçün zərərli proqramlar geniş yayılıb. Kibercinayətkarlar belə sistemlərin müxtəlif komponentlərini pozmaq üçün zərərli proqram təminatından istifadə edirlər. Zərərli proqramların mürəkkəb növlərinə qarşı mükəmməl müdafiə yoxdur. Bu kimi proqramların təsnifatı üçün təklif olunan yanaşma transfer dərin neyron şəbəkələrə (Alexnet və MobileNet) əsaslanır. Metod zərərli kodu boz rəngli şəkillərə çevirir. Eksperimental nəticələr təklif edilmiş metodun dəqiqliyinin effektiv şəkildə artdığını göstərmişdir.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının həmmüəllifliyi ilə çap edilmiş “Dərin təlim istifadə edərək Radon çevrilməsi əsasında kiber-fiziki sistemlərdə zərərli proqramların təsnifatı” (“Radon transform based malware classification in cyber-physical system using deep learning”, DOI: https://doi.org/10.1016/j.rico.2024.100382) adlı məqalədə məlumat verilib. Nüfuzlu “Results in Control and Optimization” jurnalında dərc olunmuş məqalənin müəllifləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatdır.

Məqalə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun maliyyələşdirdiyi qrant layihəsi (Qrant №3 LR-AMEA) çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanmışdır.

Qeyd edək ki, “Results in Control and Optimization” jurnalı “Scopus” və “DOAJ” beynəlxalq elmi bazalarında indeksləşir və aşağıdakı elmmetrik göstəricilərə malikdir:

CiteScore: 2.9

SCImago Journal Rank (SJR): 0.366

Source Normalized Impact per Paper (SNIP): 0.917

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı