983
İnstitutda informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri üzrə tədqiqatlar davam etdirilir Fevral 20, 2024 | 10:20 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının qurumun struktur bölmələrinin 2024-cü il üzrə fəaliyyət planlarının müzakirəsinə həsr olunmuş iclaslarına başlanılıb. İclaslarda cari ildə hər bir şöbədə elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət və s. ilə bağlı həyata keçiriləcək tədbirlər haqqında məlumatlar verilir. Əsas məqsəd müasir qlobal çağırışlar, ölkə başçısı tərəfindən imzalanmış Sərəncamlar və digər mühüm konseptual sənədlərdən irəli gələn vəzifələr, institutun fəaliyyətinin yeni tələblər əsasında qurulması, struktur bölmələrinin və əməkdaşların fəaliyyətinin 2024-cü il üçün prioritetlərinin müəyyənləşdirilməsi və digər məsələlər ətrafında müzakirələrin aparılmasıdır.

İnstitutda keçirilən iclasda baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev informasiya təhlükəsizliyi problemləri üzrə elmi tədqiqatlar aparan şöbənin cari il üçün fəaliyyət planını təqdim edib. Bildirib ki, 2024-cü ildə informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq, Industry 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi, mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi, kiber-fiziki sistemlərin kompleks təhlükəsizliyi, sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların qorunması, süni intellekt texnologiyalarının riskləri və onların kiberdayanıqlılığı, rəqəmsal əkiz texnologiyalarının təhlükəsizliyi, eləcə də proses analitikası ilə bağlı araşdırmalar davam etdiriləcək.

Məruzəçi “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi” mövzusu üzrə süni immun sistemləri və onların kibertəhlükəsizlik problemlərinin həllində tətbiqi perspektivləri, kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin süni immun mexanizmi əsasında monitorinqi modelinin işlənilməsi istiqamətində tədqiqatların aparılacağını bildirib.

R.Şıxəliyev “Mürəkkəb bulud sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə mətn tipli informasiya resurslarında (e-mail, sosial şəbəkə və s.) kibertəhlükələr və onlarla mübarizə texnologiyalarının işlənilməsi, kibertəhlükələrin NLP əsaslı analizi üsullarının tədqiqi, təbii dilin emalı vasitəsilə dezinformasiyanın aşkarlanması üsulunun işlənməsi ilə bağlı araşdırmaların davam etdiriləcəyini söyləyib.

O, “Kiber-fiziki sistemlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi metodları” mövzusunda elmi-tədqiqat işi çərçivəsində sosial təyinatlı kiber-fiziki sistemlərdə kiberhücumların aşkarlanması metodunun işlənməsi, neft-qaz sektorunda informasiya təhlükəsizliyi anomaliyalarının dərin təlim əsasında aşkarlanması üzrə aparılan tədqiqatların vəziyyəti ilə bağlı məlumat verib.

Tədqiqatçının sözlərinə görə, şəbəkə infrastrukturunda insidentlərin aşkarlanması, identifikasiya olunması, intellektual analizi və aradan qaldırılması üçün qərarların qəbul edilməsi, informasiya axtarışının səmərəliliyinin yüksəldilməsi, zərərli proqram təminatının aşkarlanması, pilotsuz uçuş sistemlərinə olan kiberhücumların aşkarlanması, sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin qorunması, kritik texnoloji sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi, mətnlərdə kibertəhlükələrin aşkarlanması kimi aktual mövzuların araşdırılması da şöbənin fəaliyyət planına daxildir.

Cari il ərzində “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi nəşrlərdə 21 məqalənin, o cümlədən respublika və beynəlxalq səviyyəli 12 konfrans materialının çapı planlaşdırılır.

Məruzəçi, həmçinin Polşanın Milli Nüvə Tədqiqatları Mərkəzi, Almaniyanın Deggendorf Texniki Universiteti, Danimarkanın Kopenhagen Universiteti, Çex Respublikasının CESNET Assosiasiyası, Şimali Universitetlər Şəbəkəsi (Nordic Universities Network) olan NORDUnet, İndoneziyanın RİAU Universiteti ilə beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçiriləcəyini nəzərə çatdırıb.

O, əməkdaşların elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-təşkilati, elmi-pedaqoji fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlər haqqında da məlumat verib.

Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev çıxış edərək, süni intellekt texnologiyalarının bir istiqaməti olan süni immun sistemləri və onların kibertəhlükəsizlik məsələləri, NLP texnologiyalarının tətbiqi ilə mətn tipli informasiya resurslarında kibertəhlükələrin aşkarlanması və onlarla mübarizə texnologiyalarının işlənilməsi ilə bağlı əsaslı tədqiqatların aparılmasının zəruriliyini vurğulayıb, müvafiq istiqamətlər üzrə kadr hazırlığının əhəmiyyətindən danışıb. Alim gənc tədqiqatçılara elmi fəaliyyətin daha da gücləndirilməsinə, aparılan araşdırmaların elmi-nəzəri nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunması üçün yeni məqalələrin hazırlanmasına dair tövsiyələr verib.

Sonda Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı