Bakı Biznes Universitetinin tələbələri institutun Tədris-İnnovasiya Mərkəzində imtahan veriblər Yanvar 09, 2024 | 05:31 / Konfranslar, iclaslar

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) Bakı Biznes Universitetinin “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan III kurs tələbələri imtahan veriblər.

İmtahanda institutun aparıcı mütəxəssisləri tərəfindən yaradılmış sertifikatlaşdırma  komissiyası tərəfindən tələbələrin “Kompüter qrafikası” üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilib.

Tələbələrin bilik və bacarıqlarını qiymətləndirən komissiyanın sədri TİM-in rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova, komissiya üzvləri  şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, baş mütəxəssis Rəna Gözəlova, fənn müəllimləri isə şöbə müdiri Anar Səmidovdur.

Xatırladaq ki, İnformasiya Texnologiyaları İnstitutu və Bakı Biznes Universiteti arasında bağlanmış müqaviləyə əsasən təşkil olunan kurslarda “Kompüter qrafikası” fənni çərçivəsində tələbələr tədris prosesində “PhotoShop” və “Corel Draw” proqramlarından istifadə etməklə kompüterdə rəqəmsal təsvirlər yaratmağı və redaktə etməyi öyrəniblər. Onlar rastr və vektor təsvirlərin yaradılması və redaktəsi, çap məhsulları (bukletlərin, vizit kartların hazırlanması və s.) üçün dizayn layihələrin hazırlanması və s. kimi kompetensiyalara yiyələniblər.

Növbəti imtahan yanvarın 16-da keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı