Akademik Rasim Əliquliyev “Mədəniyyət” kanalında çıxış edib Dekabr 27, 2023 | 02:42 / Müsahibələr, çıxışlar

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Mədəniyyət” kanalının “Səhərçağı” proqramının qonağı olub.

Alim proqramda ölkəmiz üçün son dərəcə əhəmiyyətli hadisələrlə yadda qalan 2023-cü ilin yekunları, dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət, eyni zamanda ölkə alimlərinin müvafiq elm sahələrində əldə etdikləri mühüm nailiyyətlərdən danışıb. Alim bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycan alimlərinin qarşısında yeni prioritetlər, perspektivlər müəyyənləşdirir, mühüm vəzifələr qoyur.

Akademik Rasim Əliquliyev həmçinin “Heydər Əliyev İli” çərçivəsində İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 2 elmi konfransın keçirildiyini diqqətə çatdırıb.

Daha ətraflı aşağıdakı videodan izləmək mümkündür:

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı