755
Elektron təhsilin formalaşması və intellektuallaşdırılması problemləri tədqiq olunur Dekabr 27, 2023 | 02:39 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqaməti üzrə elektron təhsilin formalaşması və intellektuallaşdırılması problemləri tədqiq olunur.

Bu barədə institutun Elmi şurasının iclasında texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev rəhbərlik etdiyi struktur bölmənin 2023-cü il üzrə hesabatının müzakirəsində məlumat verib.

F.Ağayev bildirib ki, bu istiqamətdə “Təhsil 4.0 platformasında elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənilməsi” mövzusunda araşdırmalar aparılır. Onun sözlərinə görə, cari ildə mövzu üzrə elektron təhsil indiqatorları və qiymətləndirilmə metodları, eləcə də bilikləri qiymətləndirmə metodları işlənilib.

O, “Təhsil 4.0 platformasında elektron  təhsil mühitinin təşkili və intellektual idarə olunması proseslərinin modelləşdirilməsi” mövzusunda aparılan tədqiqatlardan bəhs edərək Data Mining texnologiyasının tətbiqi ilə elektron təhsilin idarə edilməsinin səmərəliliyinin artırılması metodlarının işlənildiyini, o cümlədən e-təhsil üzrə tələbələrin qiymətləndirilməsində Data Mining metodlarının tətbiqi ilə bağlı araşdırmaların aparıldığını qeyd edib.

F. Ağayev həmçinin “Təhsil 4.0 platformasında bulud texnologiyasının əsasında  elektron təhsilin formalaşdırılması problemlərinin təhlili məsələləri” mövzusu üzrə yerinə yetirilmiş işləri diqqətə çatdırıb. Bu istiqamətdə bulud texnologiyası əsasında elektron təhsil sisteminin formalaşmasını müəyyən edən göstəricilərin analiz olunduğunu, texnoloji prinsiplərinin işlənməsi məsələlərinin tədqiq edildiyini vurğulayıb.

Məruzəçi şöbədə həmçinin “Təhsil 4.0 platformasında elektron  təhsilin idarə olunmasında təhsil mühitinin formalaşdırılması” və “Təhsil 4.0 platformasında elektron təhsil standartlarının və proqram təminatının tətbiqi məsələləri” mövzuları üzrə aparılan tədqiqatları, əldə olunan nəticələri diqqətə çatdırıb.

Daha sonra şöbə rəhbəri nüfuzlu beynəlxalq jurnallarda nəşr olunan məqalələr, eyni zamanda şöbə əməkdaşları tərəfindən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunan tezislər barədə məlumat verib.

Hesabata dair fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirib, Təhsil 4.0 platformasında elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənilməsi məsələlərinin dərindən araşdırılmasının, eləcə də bu sahədə dünyada tətbiq olunan yanaşmaların tədqiq edilməsinin önəmini qeyd edib. Akademik Rasim Əliquliyev bu istiqamətdə aparılmış tədqiqatların nəticələrinin institutun seminarında müzakirə olunmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı