912
Sənaye 4.0 platformasında İKT-nin tətbiqi ilə ətraf mühitin qorunması problemləri tədqiq olunur Dekabr 19, 2023 | 10:46 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev rəhbərlik etdiyi struktur bölmənin cari il üzrə apardığı elmi-tədqiqat və digər istiqamətlərdə fəaliyyəti barədə hesabatı təqdim edib.

Öncə şöbənin elmi-nəzəri fəaliyyəti haqqında məlumat verən B.Ağayev bildirib ki, cari ildə rəqəmsal tranformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə bir sıra mövzularda elmi-nəzəri və elmi-texniki tədqiqatlar aparılıb. Bu problem üzrə “Sənaye 4.0 platformasında İKT-nin tətbiqi ilə ətraf mühitin qorunması problemlərinin həlli”, “Azərbaycanda elektron tullantıların idarəçiliyi konsepsiyasının işlənməsi”, “Akustik küy çirklənməsi və onların sağlamlığa ziyanlı təsiri xüsusiyyətlərinin analizi” mövzuları üzrə araşdırmalar aparılıb.

B.Ağayev qeyd edib ki, şöbədə, həmçinin müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində Sənaye 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə araşdırmalar aparılıb. Bu istiqamətdə “Neft-qaz kompleksinin mövcud texnoloji problemlərinin İKT platformasında innovativ texnologiyalar əsasında həlli yolları”, “Neft-qaz quyularında qəza və mürəkkəbləşmələrə qarşı istifadə edilən metod və texnologiyaların araşdırılması”, “Neft-qaz quyularında anomal təzyiqləri operativ proqnozlaşdırma metod və texnologiyalarının işlənməsi” mövzuları üzrə tezis və məqalələr hazırlanıb.

Sonra B.Ağayev 2023-cü il ərzində respublika və digər ölkələrin Ali Attestasiya Komissiyasının siyahısına daxil olan, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda çap olunmuş məqalələr haqqında məlumat verib.

O, şöbə əməkdaşlarının elmi-innovasiya, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı barədə məlumatları da iclas iştirakçılarının diqqətinə çatdırıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik hesabatı üzrə bir sıra irad, təklif və tövsiyələrini səsləndirib. Alim əməkdaşların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verib, aktual problemlərə dair elmi məqalələrin hazırlanmasının zəruriliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı