Elektron demoqrafiya problemləri ilə bağlı qrant layihəsinin icra vəziyyəti müzakirə olunub Noyabr 16, 2023 | 09:05 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda AR Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən “E-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” qrant layihəsi çərçivəsində aparılan tədqiqatların hesabatına həsr olunmuş seminar keçirilib.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev iclası açaraq, institutun əsas fəaliyyət istiqamətlərindən biri olan qrant layihələrinin əhəmiyyətindən danışıb. Baş direktor elmi fəaliyyətin səmərəliliyinin artırılması, institut əməkdaşlarının əməyinin stimullaşdırılması, eləcə də əldə edilən nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından ölkə və beynəlxalq səviyyəli qrant layihələrində fəal iştirakın son dərəcə vacib olduğunu bildirib.

Alim qeyd edib ki, toplantının əsas məqsədi qrant layihəsi üzrə görülmüş işlərin monitorinqini aparmaq, elmi nəticələri qiymətləndirmək və yeni vəzifələri müəyyənləşdirməkdir.

Sonra institut əməkdaşları müvafiq qrant layihəsi çərçivəsində əldə olunmuş nəticələrə dair hesabatlarını təqdim ediblər. Hər bir layihə icraçısı qarşısına qoyulan məsələ, çap olunmuş məqalə və tezislər, eləcə də gələcək tədqiqatlar barədə ətraflı məlumat verib.

Hesabatlarla bağlı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Akademik Rasim Əliquliyev müasir dövrdə e-demoqrafiya məsələlərinin böyük aktuallıq kəsb etdiyini, bu elmi problemin müxtəlif aspektlərinə həsr olunmuş tədqiqatların dərinləşdirilməsinin, əldə olunan nəticələrin nüfuzlu, yüksək istinad indeksli jurnallarda çap olunmasının vacibliyini vurğulayıb.

Alim qeyd olunan qrant layihəsi çərçivəsində e-dövlət mühitində e-demoqrafiya sisteminin arxitekturunun işlənilməsi, cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi və digər aktual problemlərlə bağlı tədqiqatların aparılmasının müvafiq sahədə elmin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, araşdırmaların davam etdirilməsinə dair təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı