İnformasiya Texnologiyaları İnstitutu ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olundu Noyabr 02, 2023 | 02:10 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) müəllim və tələbə kollektivi ilə görüş keçirildi. Görüşdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika, Mexanika-riyaziyyat fakültələrinin, eləcə də SABAH qruplarının informasiya texnologiyaları üzrə təhsil alan tələbələri iştirak edirdilər.

Öncə BDU-nun rektoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elçin Babayev institutun iş şəraiti, maddi-texniki bazası və burada həyata keçirilən innovativ layihələrlə yaxından tanış oldu. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev institutda IV Sənaye İnqilabının və dünyanın qlobal çağırışlarını, öl­kəmizin milli və strateji maraqlarını özündə ehtiva edən elmi tədqiqatların aparıldığını söylədi, eyni zamanda beynəlxalq aləmə inteqrasiya ilə bağlı həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi.

Sonra görüş institutun Böyük konfrans zalında davam etdi. Tədbirdə çıxış edən akademik Rasim Əliquliyev bildirdi ki, son zamanlar Azərbaycan Respubli­kasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə IV Sənaye İnqilabı ilə əlaqədar atılan addımlar, yüksək texnologiyaların müxtəlif sferalarda tətbiqinin genişləndirilməsini nəzərdə tutan innovativ layihələr, qəbul edilən fərman və sərəncamlar, bütövlükdə İKT sahəsində həyata keçirilən dövlət siyasəti müvafiq qurumlar, elmi müəssisələr və ali məktəblərin qarşısına mühüm vəzifələr qoyur.

Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edən akademik Rasim Əliquliyev ali məktəblərdə dünya elminin tələblərinə, müasir çağırışlara cavab verən ixtisaslar üzrə yeni kadrların hazırlanmasının vacibliyini vurğuladı. Elmin əsas missiyasının əldə olunmuş biliklərin paylanması, təhsilə ötürülməsi, eyni zamanda cənab Prezidentin həyata keçirdiyi siyasətə adekvat olan intellektual insan resurslarının yetişdirilməsindən ibarət olduğunu söylədi.

Sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək bildirdi ki, iki qurum arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilməli, universitetin müvafiq sahədə təhsil alan tələbələri institutun imkanlarından səmərəli istifadə etməlidir. Rektor nəzəri bilikərlə yanaşı, nüfuzlu elmi müəssisələrin intellektual potensialından və təcrübəsindən də istifadənin yüksəkixtisaslı kadr hazırlığına böyük töhfə verəcəyinə inamını ifadə etdi.

Daha sonra görüş interaktiv dialoq formatında davam etdi. Akademik Rasim Əliquliyev və rektor Elçin Babayev tələbələrlə müasir informasiya texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik və s. kimi aktual məsələlər ətrafında fikir mübadiləsi apardılar, onları maraqlandıran çoxsaylı sualları cavablandırdılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı