Süni intellekt sahəsində elmi nailiyyətlərinə görə İnformasiya Texnologiyaları İnstitutunun alimləri Stenford Universitetinin 2023-cü il reytinq siyahısına daxil ediliblər Oktyabr 24, 2023 | 12:35 / Mühüm hadisələr

İnformasiya Texnologiyaları İnstitutunda son 20 il ərzində süni intellekt, təbii dilin emalı, kiber-fiziki sistemlər, kibertəhlükəsizlik, dərin təlim, böyük verilənlərin analitikası, intellektual e-dövlətin formalaşdırılması, əşyaların interneti, bulud texnologiyaları və s. istiqamətlər üzrə aparılan tədqiqatlar dünyanın aparıcı elm mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Belə ki, 2020-ci ildən başlayaraq artıq dördüncü ildir İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və şöbə müdiri AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev ABŞ-ın Stenford Universitetinin hazırladığı dünyanın süni intellekt üzrə ən nüfuzlu alimlərinin reytinq siyahısına seçilirlər.

Məlumat üçün bildirək ki, elmin müxtəli istiqamətləri üzrə dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısı 2019-cu ildən başlayaraq hər il “Scopus” bazasının məlumatları əsasında Stenford Universiteti tərəfindən hazırlanır. Bu reytinq siyahısı məqalələrin və istinadların sayı, alimlərin Hirş indeksi və s. kimi bir çox elmmetrik meyarları özündə birləşdirən kompozit göstərici əsasında hazırlanır. Bu kompozit göstəriciyə görə hər bir elm sahəsi üzrə alimlərin reytinq siyahısı hazırlanır, sonra bu siyahının ilk 2%-nə daxil olan alimlər seçilirlər.

2020-2022-ci illərdə süni intellekt elm sahəsi üzrə Azərbaycanı bu reytinq siyahısında akademik Rasim ƏliquliyevAMEA-nın müxbir üzvü Ramiz Alıquliyev təmsil etmişdir. Sevindirici haldır ki, bu alimlər 2023-cü ildə də süni intellekt sahəsi üzrə dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısına seçiliblər. Xüsusilə vurğulamaq lazımdır ki, cari ildə akademik Rasim ƏliquliyevAMEA-nın müxbir üzvü Ramiz Alıquliyev dünyada süni intellekt üzrə tədqiqatlar aparan və məqalələri “Scopus” bazasında indeksləşən 356955 alimin sırasından seçiliblər. Digər maraqlı fakt ondan ibarətdir ki, bu illər ərzində Stenford Universitetinin reytinq siyahısına süni intellekt üzrə Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycan alimlərinin adları daxil edilmişdir.

Qeyd etmək lazımdır ki, ölkəmizdən müxtəlif elm sahələri üzrə bu reytinq siyahısına 2020-ci ildə – 2, 2021-ci ildə – 8, 2022-ci ildə – 14, 2023-cü ildə – 13 alimin adı daxil edilmişdir.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı