“Amazon Web Services” haqqında məruzə dinlənilib Oktyabr 23, 2023 | 03:07 / Konfranslar, iclaslar

Amazon Web Services (AWS) – fiziki şəxslərə, şirkətlərə və hökumətlərə tələb üzrə bulud texnologiyaları və Application programming interface (API) təmin edən Amazonun törəmə şirkətidir. O, bütövlükdə (Google Cloud Platform ilə yanaşı) bulud hesablamaları konsepsiyasının formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmiş və ictimai yerləşdirmə modelinin inkişafının əsas istiqamətlərini müəyyən etmişdir.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti onlayn elmi seminarda məlumat verilib.

İnstitutun baş mütəxəssisi Səməd Dursunov Amazon Web Services”  haqqında məruzə ilə çıxış edərək bu xidmətin 2006-cı ildə yaradıldığını və ictimai istifadəyə 3 xidmətlə buraxıldığını qeyd etmişdir: “Amazon Simple Storage Service” (Amazon S3), “Amazon Simple Queue Service (Amazon SQS)” və “Amazon Elastic Compute Cloud (Amazon EC2)”.

“Amazon S3” haqqında məlumat verən məruzəçi bildirib ki, bu xidmət istənilən şəbəkədən istənilən vaxt lazım olan məlumatları qəbul etmək, eləcə də bütün növ faylları saxlamaq imkanı verir.

Sonra o, “Amazon SQS” haqqında bəhs edərək onun Amazon.com tərəfindən 2004-cü ilin sonlarında beta versiya kimi təqdim edildiyini, 2006-cı ilin ortalarında tam istifadəyə verilən paylanmış mesaj növbəsi xidməti olduğunu diqqətə çatdırıb.

Tədqiqatçının sözlərinə görə, Amazon EC2 isə Amazon.com-un bulud hesablama platforması, Amazon Web Services-in (AWS) bir hissəsidir. Bu platforma istifadəçilərə öz kompüter proqramlarını işlətmək üçün virtual kompüterləri icarəyə götürmək imkanı verir.

S.Dursunov vurğulayıb ki, hazırda “Amazon Web Services”in 175 xidməti mövcuddur: “Bunlar “AWS Solutions” və “AWS Products” adı altında cəmləşib. “AWS Solutions” reklam və marketinq, avtomobil sənayesi, təhsil, enerji, maliyyə xidmətləri və s. ibarətdir. “AWS Products” isə analitika, blokçeyn, Əşyaların İnterneti, robototexnika, kvant hesablama texnologiyaları və s. əhatə edir”.

İnstitutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov məruzəyə münasibətini bildirərək mövzunun aktuallığını önə çəkib, tədqiqatların davam etdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı