“AICT 2023” beynəlxalq konfransı başa çatıb Oktyabr 20, 2023 | 05:05 / Konfranslar, iclaslar

18-20 oktyabr tarixlərində ADA Universiteti, Corc Vaşinqton Universiteti (ABŞ), Turin Politexnik Universiteti (İtaliya) və IEEE Azərbaycan Bölməsinin birgə təşkilatçılığı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 17-ci IEEE beynəlxalq konfransı” (AICT 2023) keçirilib. Tədbirdə Data Science; Big Data mühəndisliyi; maşın təlimi və digər süni intellekt metodları; proqram mühəndisliyi; kibertəhlükəsizlik; İKT sahəsində yeni trendlər; kommunikasiya, şəbəkə və avadanlıqlar; siqnalların emalı; biznes, idarəetmə və iqtisadiyyatda İKT; elm və təhsildə İKT; tibb və səhiyyədə İKT və digər mövzular ətrafında müzakirələr aparılıb. Konfransda İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları “E-təhsildə sosial şəbəkələrdə təhsil məzmununun idarə edilməsində Data Mining texnologiyalarının tətbiqi”, “Milli terminoloji informasiya sistemi əsasında fərdlərin nitqlərinin populyarlığının qiymətləndirilməsi metodu”, “IV Sənaye İnqilabının texnoloji çağırışları kontekstində kibertəhdidlər və onların intellektual analizi məsələləri”, “Sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların formalaşması mənbələrinin analizi”, “Zərərli proqramların aşkarlanması üçün əhatəli yanaşma: ansambl metodları, əlamətlərin seçilməsi və hiperparametrlərin optimallaşdırılması üsullarından istifadə” kimi mövzularda məruzələrlə çıxış ediblər.

Oktyabrın 20-də ADA Universitetində “AICT 2023” beynəlxalq konfransının bağlanış mərasimi baş tutub.

Konfransın seksiya iclaslarının sədrləri çıxış edərək, iclaslarda təqdim olunmuş məruzələri yüksək qiymətləndiriblər, tədbirin kompüter elmləri və İKT-nin müxtəlif istiqamətlərində əldə olunmuş ən son elmi nəticələrin və nailiyyətlərin müzakirəsi üçün geniş imkan yaratdığını, müvafiq sahədə mövcud elmi-nəzəri və praktiki problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev tədbirin kompüter elmləri və İKT-nin müxtəlif istiqamətlərinə dair bir sıra mühüm aktual problemlərin aşkarlanması, müzakirəsi və həlli yollarının axtarışı, müvafiq sahədə fikir, bilik və təcrübə mübadiləsinin aparılması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Konfransda müzakirələr nəticəsində irəli sürülən dəyərli fikirlərin mövcud problemlərin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Alim gələcəkdə konfransda ortaya çıxan yeni ideyaların həyata keçirilməsinə həsr olunan müxtəlif konfrans və görüşlərin təşkil olunmasının əhəmiyyətindən söz açıb. İnformasiya Texnologiyaları İnstitutunun müvafiq sahədə beynəlxalq elmi əməkdaşlığa hazır olduğunu qeyd edib.

Akademik R.Əliquliyev Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyi adından konfransın yüksək səviyyədə keçirilməsinə görə təşkilat komitəsinə, xüsusilə ADA Universitetinin rəhbərliyi və kollektivinə, eləcə də konfransın işində fəal iştirak edən alim və mütəxəssislərə dərin minnətdarlığını bildirib.

Tədbirin sonunda “AICT 2024” beynəlxalq konfransının İtaliyanın Turin şəhərində keçiriləcəyi elan olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı