954
Saxta jurnalların müəyyənləşdirilməsi üsulları təhlil olunub Oktyabr 09, 2023 | 11:25 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsinin müdiri Mədinə Səidova, texnika üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Rəhilə Həsənova və baş mütəxəssis Firudin Əsgərovun həmmüəllifi olduğu “Saxta jurnalların müəyyənləşdirilməsi üsullarının təhlili” adlı məruzə “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” XVII beynəlxalq elmi-texniki konfransında təqdim olunub.

Hibrid formatda təşkil olunmuş konfransda məruzəyə dair çıxış edən M.Səidova konfrans iştirakçılarının nəzərinə çatdırıb ki, elmmetrik tədqiqatlar informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə elmi tədqiqatçıların, məqalələrin, jurnalların və s. sayının artması ilə yanaşı saxta məlumatların da sürətlə artımının müşahidə olunduğunu göstərir. Həmçinin, tədqiqatçının məqalə dərc etdirmək üçün seçdiyi jurnalın etibarlı olub-olmamasının yoxlanılması günümüzün aktual problemlərindən olduğunu vurğulayıb.

Məruzədə tədqiqatçının elmi nəticəsini dərc etdirmək üçün seçdiyi jurnal haqqında diqqət yetirməli olduğu məqamlar sadalanıb, akademik cəmiyyətdə saxta jurnalların təyin edilməsi üçün ümumiləşdirilmiş kriteriyalar açıqlanıb.

Bildirilib ki, bu sahədə ilk araşdrımaların müəllifi olan tədqiqatçı Cefri Bill yırtıcı jurnal və nəşriyyatları müəyyənləşdirmək üçün bir çox kriteriyalar müəyyən etmişdir. Cefri Billin 4 kateqoriyada birləşdirdiyi 28 meyar əsasında saxta jurnalları təyin etmək üçün 10 addım təklif edilmişdir.

Həmçinin qeyd olunub ki, hər bir tədqiqatçı jurnal seçərkən meyarları bilməli və bu bilikləri tətbiq etməyi bacarmalıdır. Çünki bilərəkdən və ya bilməyərəkdən yırtıcı, saxta jurnalların tələsinə düşmək nəinki tədqiqatçının, həm də təmsil etdiyi müəssisənin, ölkənin imicinə xələl gətirmiş olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı