938
Hepatosellular karsinomanın diaqnostikası ekspert sisteminin təqdimatı keçirilib Sentyabr 29, 2023 | 04:56 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova çıxış edərək, iki ildən artıqdır ki, şöbədə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrası ilə birgə hepatosellular karsinomanın (HSK) diaqnostikası ekspert sisteminin işlənilməsi istiqamətində tədqiqatların aparıldığını bildirib. Qeyd edib ki, müvafiq dövr ərzində diaqnostik ekspert sisteminin yaradılması üçün ekspert biliklərinin alınması, onların qeyri-səlis qaydalar əsasında transformasiyası, ekspert sisteminin layihələndirilməsi və funksionallaşma prinsiplərinin işlənilməsi istiqamətində işlər görülmüş, müvafiq proqram təminatı reallaşdırılmışdır.

Professor cari ilin əvvəlində HSK-nın diaqnostikası sisteminin sınaqlarının keçirilməsi zamanı sistemin verilənlər bazasının və interfeys blokunun təkmilləşdirilməsi ilə bağlı mütəxəssis, həkim-ekspertlər tərəfindən tövsiyələrin verildiyini, bu elmi seminarın da məhz həmin tövsiyələr nəzərə alınmaqla hazırlanmış ekspert sisteminin yeni versiyasının təqdimatına həsr edildiyini diqqətə çatdırıb.

Məruzəyə dair çıxış edən şöbənin böyük elmi işçisi Minarə Manaflı HSK-nın diaqnostikası ekspert sisteminin proqram təminatının nəticələrini təqdim edib. Sistemin verilənlər bazasının formalaşmasını, onun sistemin bilik bazası ilə qarşılıqlı əlaqədə işləmə prinsiplərini izah edib, yekun nəticənin alınmasını məntiqi ardıcıllıqla nümayiş etdirib. O, bildirib ki, hazırlanmış diaqnostik ekspert sisteminin kütləvi istismarını təmin etmək məqsədilə ona İnternet mühitdən çıxış imkanı reallaşdırılmış, müvafiq proqram təminatı institutun veb-saytında yerləşdirilməklə sınaqlar keçirilmişdir.

Sonra çıxış ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Şöbə rəhbəri professor Məsumə Məmmədova tədqiqatın nəticələrinin qənaətbəxş olduğunu bildirib, əldə olunmuş elmi-praktik nəticələrin elmi ədəbiyyatda dərc olunmasını tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı