Tibbi sosial media mühitində toplanan informasiyanın tibbi qərarların qəbulunda istifadəsi üçün yanaşma təklif edilib Sentyabr 25, 2023 | 02:26 / Konfranslar, iclaslar

Məlum olduğu kimi, İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Rusiyanın Kursk şəhərində keçirilən “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений – Распознавание-2023) XVII beynəlxalq elmi-texniki konfransında yüksək fəallıq nümayiş etdirib, elmi məruzələrlə çıxış ediblər.

Konfransda təqdim olunan məruzələrdən biri də institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, baş elmi işçi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova və institutun əməkdaşı Nərgiz Şıxəliyevanın həmmüəllifi olduqları “Tibbi media resurslarındakı informasiya əsasında pasiyent rəylərinin təsnifləndirilməsi (Classification of Patient Reviews Based on Information in Medical Media Resources) adlı tədqiqat işidir.

Beynəlxalq konfransda məruzəni N.Şıxəliyeva təqdim edərək tədqiqat işində tibbi sosial media mühitində toplanan informasiyanın tibbi qərarların qəbulunda istifadəsi üçün bir yanaşmanın təklif edildiyini diqqətə çatdırıb.

Məruzəçi tibbi sosial media resurslarında formalaşan münasibət seqmentlərində toplanan informasiyanın sentiment analizi və rəylərin təsnifləndirilməsi alqoritmindən bəhs edib. O, bazada toplanan rəylərin leksikon əsaslı sentiment analizinin aparıldığını, “Valence Aware Dictionary and Sentiment Reasoner” yanaşmasından istifadə etməklə rəylərin təsnifləndirildiyini nəzərə çatdırıb. N.Şıxəliyeva bildirib ki, manual sentiment analiz əsasında təyin edilmiş hər bir kriteriyaya görə rəylər yenidən təsnifləndirilmiş, onların “pozitiv” və “neqativ” olmasına görə klinikaların fəaliyyəti ilə bağlı vəziyyətin identifikasiyası imkanı göstərilmişdir.

N.Şıxəliyeva tədqiqatdan alınan nəticələrin klinikaların fəaliyyətinin təkmilləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması qərarlarının qəbulunda istifadə oluna biləcəyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı