858
“Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılmasının konseptual əsasları işlənilir Sentyabr 21, 2023 | 09:47 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova və baş mütəxəssis Raqif İsmayılovun həmmüəllifi olduqları “Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılmasının konseptual əsasları” adlı məruzə Rusiyanın Kursk şəhərində keçirilən, institutun həmtəşkilatçısı olduğu “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений – Распознавание-2023) XVII beynəlxalq elmi-texniki konfransında müzakirə olunub.

Hibrid formatda təşkil olunmuş konfransda məruzəyə dair çıxış edən R.İsmayılov tədqiqat işində Azərbaycanda elmi fəaliyyətlə məşğul olan əhalinin elektron reyestrinin və intellektual fəaliyyətinin nəticələrinin uçotunun avtomatlaşdırılmış sisteminin yaradılmasından bəhs edildiyini nəzərə çatdırıb. Bildirib ki, “Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılmasına konseptual yanaşma təklif edilmiş, sistemin əsas məsələləri formalaşdırılmış və funksional imkanları şərh olunmuşdur. Ölkə üzrə vahid informasiya məkanı əsasında təşkil edilmiş informasiya sistemi elmi potensialın inkişafı göstəricilərinin operativ analitik uçotunu və intellektual potensialın monitorinqini təmin edən proqram-informasiya kompleksi olaraq təqdim olunmuşdur.

Məruzəçi “Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılmasının elmi kadrlar, aparılan elmi tədqiqatlar haqqında informasiya resurslarının formalaşdırılmasına və elmi informasiyanın əlçatanlığının təmin edilməsinə imkan verdiyini bildirib. Qeyd edib ki, tədqiqatlar Azərbaycan Respublikasının elm və təhsil müəssisələrinin bazası əsasında aparılmışdır. Sistemdən istifadə elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsinə, təşkilatlar üzrə elmi fəaliyyətin monitorinqi və qiymətləndirilməsinin aparılmasına şərait yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı