Tibdə rəqəmsal əkiz texnologiyalarının tətbiqi məsələlərinə həsr olunmuş məruzə beynəlxalq konfransda təqdim olunub Sentyabr 20, 2023 | 11:58 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova və şöbənin əməkdaşı Aytən Əhmədovanın həmmüəllifi olduqları məruzə Rusiyanın Kursk şəhərində hibrid formatda keçirilən “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений – Распознавание-2023) XVII beynəlxalq elmi-texniki konfransında təqdim olunub.

“Tibdə rəqəmsal əkizlərin ümumi arxitekturası” (“General architecture of digital twin in medical field”) adlı məruzə ilə çıxış edən A.Əhmədova rəqəmsal əkizlər texnologiyasının təqdim etdiyi geniş imkanlardan bəhs edib. Qeyd edib ki, rəqəmsal əkiz canlı və ya cansız fiziki obyektlərin rəqəmsal surəti olaraq, müəyyən seçimlərin, həllərin tətbiqinin təsirlərini test etməyə və proqnozlaşdırmağa, həmçinin əldə olunmuş nəticələri asanlıqla vizuallaşdırmağa imkan verir.

“Rəqəmsal əkiz və onun real həyatdakı qarşılığı arasında fasiləsiz və etibarlı məlumat axınını təmin edən əlaqə tələb olunur”, – deyən A.Əhmədova rəqəmsal əkizlərin səhiyyə sahəsində tətbiqinin üstünlüklərindən danışıb. O, səhiyyənin rəqəmsal əkizin inqilabi təsir göstərə biləcəyi sahələrdən olduğunu bildirib.

Məruzəçi aralarında fasiləsiz məlumat mübadiləsi olan fiziki obyekt və virtual obyektin əmələ gətirdiyi tibbi rəqəmsal əkizlərin ümumiləşdirilmiş arxitekturasını təqdim edib. Tədqiqatçının sözlərinə görə, tibbi rəqəmsal əkizin müvafiq fiziki obyektlərindən 4G/5G, Əşyaların İnterneti, süni intellekt texnologiyaları vasitəsilə mütəmadi toplanan sensor məlumatların həcmi artdıqca rəqəmsal əkiz də inkişaf edir və daha “ağıllı” qərarların qəbulunu təmin edir. O, fərdiləşdirilmiş tibbin formalaşmasında rəqəmsal əkiz texnologiyasının tətbiqinin müsbət rola malik olduğunu da əlavə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı