İnformasiya Texnologiyaları İnstitutunda super tətbiqlərlə bağlı araşdırmalar aparılır İyun 22, 2023 | 03:57 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun proqramçısı Təbriz Ağaşov 3 saylı şöbənin onlayn elmi seminarında “Super App: mövcud vəziyyəti və tətbiq sahələri” mövzusunda apardığı araşdırmaların nəticələrini təqdim edib.

Tədqiqatçı əvvəlcə super tətbiq haqqında məlumat verib. Qeyd edib ki, “Super App” konsepsiyası 2010-cu ildə yaradılmış rəqəmsal ekosistemlərin məhsul və xidmətlərinə çıxış imkanı verən çoxfunksiyalı mobil tətbiqlər toplusudur.

Məruzəçi bildirib ki, super tətbiq istifadəçilərə bir interfeysdə 1-dən çox proqram və ya müxtəlif tətbiqlərin xüsusiyyətlərini təklif edə bilən bir proqramdan istifadə etməyə imkan verir. Onun tətbiq sahələrinə elektron ticarət, ödəniş və tibbi xidmətlər, nəqliyyat və səyahət, bankçılıq və maliyyə və s. aiddir. “Gartner” analitik şirkətinin hesabatına əsasən,  2027-ci ilə qədər dünya əhalisinin 50%-dən çoxunun 1-dən çox super tətbiqdən istifadə edəcəyi gözlənilir.

Sonra tətqiqatçı super tətbiqlərin işləmə prinsipindən söz açaraq istifadəçilərə çoxsaylı seçimlər təqdim etmək üçün ən yaxşı super proqramlarda çoxsaylı mikro proqramlar yerləşdirildiyini diqqətə çatdırıb. Söyləyib ki, bundan əlavə, bəzi super tətbiqlər istifadəçilərə tətbiqdəki parametrləri tənzimləmək imkanı da verir.

Super tətbiqlərin üstünlüklərindən bəhs edən T.Ağaşov qeyd edib ki, onlar istifadəçilərə, xüsusilə də markalara təqdim etdikləri imkanlara görə seçilir: “Super tətbiqlər markalara bir proqram vasitəsilə birdən çox məhsul və xidmət təklif etmək, proqramların funksional imkanlarını genişləndirmək, müştəri bazasını artırmaq və müştərilərlə daha asan ünsiyyət qurmaq, eləcə də marketinq işləri üzrə xərclənən büdcəni azaltmaq imkanı yaradır və s.”

O, ən yaxşı super tətbiqlər arasında Paytm, Grab, Go-jek və s., super proqramların işlənib hazırlanmasında kömək edən şirkətlər arasında isə “Appinventiv”, “Triare, Interexy” və s. nümunə göstərib. T. Ağaşov nəzərə çatdırıb ki, müasir smartfonlar ağır işləyən proqramları idarə etmək və işlətmək üçün daha yaxşı təchiz olunduğu üçün onların smart proqramları işə salmaq imkanı daha yüksəkdir.

Sonda institutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov super tətbiqlər ilə bağlı beynəlxalq təcrübənin araşdırılması və növbəti mərhələlərdə məqalələrin hazırlanması ilə bağlı tövsiyələr verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı