“Süni neyron şəbəkələr: ChatGPT” mövzusunda elmi seminar keçirilib İyun 20, 2023 | 01:12 / Konfranslar, iclaslar

Süni neyron şəbəkələr bioloji neyron şəbəkələrin təsirindən yaranan riyazi modeldir. Neyron şəbəkəsi  – insan beynində biri-biri ilə birləşmiş sinir hüceyrələrini modelləşdirən kompüter proqramıdır. Neyron şəbəkələrdən əsasən obyektlərin tanınmasında geniş istifadə olunur.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin növbəti onlayn elmi seminarında məlumat verilib.

İnstitutun elmi işçisi Kamran Cəfərzadə “Süni neyron şəbəkələr: ChatGPT” adlı məruzəni təqdim edərək ChatGPT haqqında danışıb. Məruzəçi qeyd edib ki, ChatGPT – 30 noyabr 2022-ci ildə GPT-3.5 arxitekturu əsasında istifadəyə verilən, OpenAI (Open Artificial Intelligence) tərəfindən hazırlanmış, danışıq xarakterli və təbii dil sorğularını dəstəkləyən, süni intellektə malik çatbotdur. ChatGPT mətnlər yaratmaq, məqalə, şeir və sonetlər yazmaq, tərcümə etmək, istənilən mövzu ilə bağlı sualları cavablandırmaq, proqram kodu yazmaq, onlarla işləmək, eləcə də səhvləri aşkarlamaq və s. kimi geniş imkanlara malikdir.

O, diqqətə çatdırıb ki, GPT (Generative Pre-Trained Transformer - Generativ Öncədən Təlimli Transformer) – xüsusi olaraq dil yaratma, dil anlama və dil tərcüməsi kimi təbii dilin emal tapşırıqları üçün nəzərdə tutulmuş neyron şəbəkə arxitekturasının bir növüdür.

Sonra tədqiqatçı GPT-3 modelindən bəhs edib. Bildirib ki, GPT-3 – təbii dil emalı alqoritminin 3-cü nəslidir. Tərtibatçıların fikrincə, bu model ingilis dilində istənilən problemi həll etməyi bacarır. Alqoritm avtomatik tamamlama prinsipi ilə işləyir, yəni mətnin əvvəlini daxil etdikdə proqram onun ən çox ehtimal olunan davamını yaradır. GPT-3 GPT-2 kimi “transformer” arxitekturasına əsaslanan avtoreqressiv generativ dil modelidir.

Daha sonra GPT 4 modeli haqqında söz açan məruzəçi bu modelin OpenAI tərəfindən yaradılmış və GPT seriyasında 4-cü olan multimodal böyük dil modeli olduğunu, məhdud formada yalnız “ChatGPT Plus” (ödənişli abunə) istifadəçiləri üçün təqdim edildiyini, buna baxmayaraq eyni vaxtda 25000-dən çox sözü emal etməyə qadir olub uzun mətnlər və geniş söhbətlər yaratmağa, sənədləri axtarıb təhlil etməyə imkan verdiyini vurğulayıb.

Onun sözlərinə görə, GPT-4 ilə inteqrasiya olunmuş çatbotlara OpenAI ChatGPT, Microsoft Bing AI, Poe by Quora və s. aiddir. GPT-4 təkcə mətni deyil, həmçinin şəkilləri analiz etməyi  bacarır. 1 fevral 2023-ci ildə Open AI komandası tərəfindən istifadəyə verilən ChatGPT Plus-da isə pulsuz abunəlik əldə etmək üçün yalnız OpenAI saytında qeydiyyatdan keçmək kifayətdir. Bu çatbot yüksək təlabat olduğu zaman asanlıqla daxilolma, cavabın daha sürətli reaksiya müddəti, yeni funksiyalara və təkmilləşdirmələrə üstünlük verilməsi ilə seçilir.

K.Cəfərzadə ChatGPT-nin üstünlükləri və çatışmazlıqlarından da bəhs edib. Söyləyib ki, şəbəkənin üstünlüklərinə yüksək səviyyəli dil bacarıqları, uyğunlaşma, əlçatanlıq, sürət və s.,  çatışmazlıqlarına isə sağlam düşüncənin olmaması, qərəzlilik, məhdud bilik sahəsi və s. daxildir.

Sonda institutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək müasir dövrdə süni neyron şəbəkələrinin öyrənilməsinin böyük aktuallıq kəsb etdiyini deyib, bu istiqamətdə aparılan araşdırmaların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı