“Kubernetes” proqram təminatının işləmə prinsipi ilə bağlı araşdırmalar aparılır May 08, 2023 | 02:27 / Konfranslar, iclaslar

“Kubernetes” (K8s) -  konteynerləşdirilmiş tətbiqlərin idarə edilməsi üçün açıq mənbəli proqram təminatıdır. K8s bu tətbiqlərin klaster mühitində yerləşdirilməsini, miqyaslanmasını və əlaqələndirilməsini avtomatlaşdırır, “Docker” daxil olmaqla əsas konteynerləşdirmə texnologiyalarını dəstəkləyir.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin növbəti onlayn elmi seminarında məlumat verilib.

İnstitutun baş mütəxəssisi Səməd Dursunov “Kubernetes” proqram təminatının işləmə prinsipi” mövzusunda məruzə ilə çıxış edərək Kubernetes” sisteminin proqramların yerləşdirilməsinin, miqyasının, eləcə də idarə edilməsinin avtomatlaşdırılması məqsədilə istifadə olunduğunu deyib. Onun sözlərinə görə, 2014-cü ildə “Google” tərəfindən ilk versiyası çıxan bu proqram təminatı öz tətbiqləri üçün “Go” proqramlaşdırma dilində hazırlanmışdır.

“Kubernetes”in üstünlüklərindən bəhs edən tədqiqatçı bildirib ki, bunlara xidmətlərin monitorinqi və yükün balanslaşdırılması, saxlama orkestri, avtomatik yerləşdirmə, avtomatik yük paylanması, özünə nəzarət, məxfi məlumatların və konfiqurasiyanın idarə edilməsi və s. aiddir.

Sonra şöbə əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

İnstitutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək mövzunun aktuallığını önə çəkib, tədqiqatların davam etdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Eyni zamanda “Kubernetes” ilə bağlı araşdırmaların dərinləşdirilməsinin, bu proqram təminatından istifadə ilə bağlı beynəlxalq təcrübənin araşdırılmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı