İnstitut əməkdaşlarının məqalələri “НСКФ-2022” çərçivəsində keçirilən beynəlxalq konfransın materiallarında dərc olunub Aprel 28, 2023 | 02:10 / Yeni nəşrlər

Xəbər verdiyimiz kimi, İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları 29 noyabr – 2 dekabr 2022-ci il tarixlərində Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində təşkil olunmuş “XI Milli Superkompüter Forumu” (Национальный Суперкомпьютерный Форум, НСКФ-2022) çərçivəsində keçirilmiş “Elektron idarəetmədə bulud və paylanmış hesablama sistemləri” mövzusunda beynəlxalq elmi-texniki konfransda onlayn formada uğurla çıxış ediblər.

İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılarından biri olduğu konfransda bu elmi müəssisənin əməkdaşlarının aktual elmi problemləri əhatə edən məruzələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.

Cari ildə sözügedən konfransın materialları məcmuə şəklində çap olunub. Konfrans materiallarına institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və baş mütəxəssis Oqtay Ələkbərovun həmmüəllifi olduqları “Bulud hesablamalarında modellər, xidmətlər, problemlər və onların həlləri”, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovun “E-demoqrafik sistemin konseptual modeli: Azərbaycan nümunəsində”, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərovanın “Naive Bayes klassifikatoru ilə davranışın analizi” və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun “Ağıllı şəhər” xidmətlərinin kibertəhlükəsizlik məsələləri” adlı məqalələri daxil edilib. Məcmuədə, həmçinin AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbər müavini Tural Mustafayev və baş mütəxəssis Səməd Dursunovun həmmüəllifi olduqları “AzScienceNet-in Data Mərkəzində “GPU KUBERNETS”in qurulması”, elmi işçi Kamran Cəfərzadənin “Süni intellekt texnologiyalarının imkanları” və kiçik elmi işçi Eltun Əhmədovun “Böyük demoqrafik verilənlərə k-means və fuzzy c-means alqoritmlərinin tətbiqi və onların müqayisəli təhlili” adlı məqalələr yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı