“Terraform” ilə bağlı araşdırmalar aparılır Aprel 13, 2023 | 02:21 / Konfranslar, iclaslar

Terraform açıq qaynaqlı infrastruktur idarəetmə vasitəsi olub infrastruktur resurslarını kodlaşdırmaq üçün HCL (HashiCorp Configuration Language) dilindən istifadə edir. Bunun vasitəsilə infrastruktur resurslarının idarə edilməsi avtomatlaşdırılır.

İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin növbəti onlayn elmi seminarında AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbər müavini Tural Mustafayev “Terraform” haqqında məruzə ilə çıxış edib.

O, bildirib ki alətin əsas məqsədi istifadəçilər üçün infrastrukturun təyin edilməsindəki çətinlikləri azaltmaq və bir neçə platformanı üsullu şəkildə sinxronlaşdırmaqdan ibarətdir. Bu alət, həmçinin müxtəlif bulud infrastruktur platformalarında və fiziki infrastrukturda tətbiqlərin idarəedilməsinə kömək edir.

Sonra T.Mustafayev alətin təhlükəsizlik məsələləri ilə bağlı əsas xüsusiyyətlərdən bəhs edib. Söyləyib ki, Terraform öz resurslarının məxfiliyini, bütövlüyünü və əlçatanlığını təmin edən təhlükəsizlik xüsusiyyətlərinə malikdir. Onun sözlərinə görə, təhlükəsizliyin əsas xüsusiyyətlərinə autentifikasiya  və avtorizasiya, şifrələmə, rol əsaslı giriş nəzarəti,  audit loqları, resursların etiketlənməsi, təhlükəsiz rabitə və uyğunluq aiddir.

“Terraform infrastruktur mənbələrinin idarəedilməsi üçün müxtəlif alətlər – Terraform modulları və bloklarını təqdim edir”, - deyən məruzəçi diqqətə çatdırıb ki, mənbə blokları Terraformun konfiqurasiya fayllarını təşkil edir. Mənbə blokları şəbəkələr, məlumat bazaları, tətbiqlər və daha çoxunu tənzimləmək, modullar isə təkrarlanan infrastruktur hissələrini birləşdirmək üçün istifadə olunur.

İnstitutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək “Terraform” aləti ilə bağlı aparılan araşdırmaların daha da dərinləşdirilməsi üzrə təklif və tövsiyələrini səsləndirib.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı