Multimedia Texnologiyaları Mərkəzinin illik fəaliyyəti müzakirə olunub Dekabr 05, 2022 | 12:07 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının növbəti iclasında Multimedia Texnologiyaları Mərkəzinin 2022-ci il üzrə hesabatı müzakirə edilib.

İclasda şöbə müdiri Anar Səmidov çıxış edərək əvvəlcə Multimedia Texnologiyaları Mərkəzinin əməkdaşlarının elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verib. 2022-ci ildə informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi, eləcə də intellektual elektron dövlətin formalaşması və inkişafı istiqamətində coğrafi informasiya sistemlərinin (CİS) tətbiq sahələri və inkişaf perspektivləri, süni intellekt texnologiyalarının araşdırılması və jurnalistikaya tətbiqi üzrə tədqiqatların aparıldığını, tezis və məqalələrin hazırlandığını qeyd edib.

Sonra şöbə müdiri Mərkəzdə elmi-innovasiya və praktiki fəaliyyət çərçivəsində görülən işlərdən söz açaraq bildirib ki, cari ildə korporativ üslubların yaradılması və kreativ dizayn layihələrinin, sərgi, konfrans və s. tədbirlər üçün stendlərin, posterlərin hazırlanması, dizayn işlərinin görülməsi və s. istiqamətlərdə praktiki işlər həyata keçirilib.

Daha sonra o, şöbədə elmi-pedaqoji, elmi-təşkilati fəaliyyət, elmi tədbirlərdə iştirak, tanınmış jurnallarda məqalələrin nəşri, əldə olunmuş nəticələrin KİV-də təbliği ilə bağlı məlumatları nəzərə çatdırıb.

Sonda təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin 2022-ci il üçün illik hesabatı qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı