İnformasiya Texnologiyaları İnstitutunda yüksəkixtisaslı kadrlar yetişdirilir Noyabr 03, 2022 | 10:19 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında 2022-ci ildə fəlsəfə və elmlər doktoru diplomlarını almış institut əməkdaşları haqqında məlumat verilib.

Bu barədə çıxış edən institutun elmi katibi Nərmin Adıgözəlova bir müddət öncə elmlər doktoru dissertasiyasını müdafiə etmiş Zərifə Cəbrayılovaya və Yadigar İmamverdiyevə texnika elmləri doktoru, Əlövsət Əliyevə isə iqtisad elmləri doktoru diplomlarının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təqdim edildiyini bildirib.

Məruzəçi, həmçinin Günay İskəndərli, Hüseyn QasımovRoza Şahverdiyevanın fəlsəfə doktorluğu üzrə dissertasiya işlərini uğurla müdafiə etdiklərini, onlara da Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru diplomlarının təqdim olunduğunu söyləyib. O, institutda dissertasiya işini müdafiə etmiş İsmayıl Sadıqovun texnika üzrə fəlsəfə doktoru diplomunu almaq üçün sənədlərini Ali Attestasiya Komissiyasına təqdim etdiyini diqqətə çatdırıb.

Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək uzun illər ərzində aparılan tədqiqatların, çoxillik zəhmət və gərgin əməyin nəticəsi olan bu uğur münasibətilə hər bir tədqiqatçını institutun kollektivi adından təbrik edib, onlara cansağlığı, gələcək elmi fəaliyyətlərində yeni uğurlar arzulayıb. Akademik rəhbərlik etdiyi qurumda fəlsəfə və elmlər doktoru elmi dərəcəsini almaq iddiasında olan digər tədqiqatçıların da tez bir zamanda bu elmi dərəcəyə layiq görüləcəklərinə inamını ifadə edib.

Akademik Rasim Əliquliyev elmi kadr hazırlığının rəhbərlik etdiyi elmi müəssisənin qarşısında duran əsas vəzifələrdən olduğunu qeyd edib. İnstitutda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə yüksəkixtisaslı kadrların hazırlandığını, tədqiqatçıların müxtəlif aktual problemlərin həllinə yönəlmiş fundamental elmi tədqiqatlar aparmaları üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

“İntellektual, zəngin elmi biliklərin daşıyıcısı olan alim və tədqiqatçıların sayının artması hər birimizi sevindirir. İnstitut olaraq bir tərəfdən dünya elminin tələblərinə cavab verən, yüksəkixtisaslı kadrlar yetişdirir, digər tərəfdən gənc tədqiqatçılara elm yolunda dəstək oluruq”, – deyə baş direktor bildirib. Qeyd edib ki, dövlət başçısının çağırışlarına adekvat reaksiya vermək, cəmiyyətin maarifləndirilməsi işində fəal iştirak etmək və öz biliklərini bölüşdürərək yeni kadrlar yetişdirmək hər bir alimin qarşısında duran əsas vəzifələrdəndir.

R.Əliquliyev hər bir əməkdaşı Azərbaycan elminin inkişafı və institutun elmi potensialının daha da gücləndirilməsi istiqamətində öz səylərini birləşdirməyə, qarşıya qoyulan vəzifələrə məsuliyyətlə yanaşmağa və məqsədyönlü fəaliyyət göstərməyə çağırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı